Kişi badmintonçumuz III Avropa Oyunlarında mübarizəni dayandırıb
Krakov, 29 iyun, AZƏRTAC
Polşada keçirilən III Avropa Oyunlarında kişi badmintonçuların şəxsi yarışında qrup lideri olaraq pley-offa vəsiqə qazanan millimizin üzvü Edi Reski Dviçayo növbəti görüşünü keçirib.
AZƏRTAC xəbər verir ki, badmintonçumuz dörddəbir finala yüksəlmək uğrunda keçirilən görüşdə Finlandiya təmsilçisi Kalle Koljonenlə qarşılaşıb. Oyun finlandiyalı badmintonçunun 0:2 (18-21,14-21) hesablı qələbəsi ilə başa çatıb.
Ən güclü 16-lıqda mübarizəni dayandıran Edi 2024-cü ildə Parisdə keçiriləcək Yay Olimpiya Oyunlarına 2750 reytinq xalı qazanıb.
Qeyd edək ki, badminton yarışları Avropa Oyunları daxilində qitə çempionatı statusu daşıyır.