Kişi voleybolçulardan ibarət Azərbaycan millisi yoxlama oyununda Mərakeş yığmasına məğlub olub
Bakı, 20 iyul, AZƏRTAC
Kişi voleybolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının təsnifat mərhələsinə və İslam Həmrəyliyi Oyunlarına hazırlığı Bakıda davam etdirir.
AZƏRTAC xəbər verir ki, hazırlıq planına uyğun olaraq yığma paytaxtdakı təlim-məşq toplanışında bir neçə yoxlama görüşü keçirəcək.
Baş məşqçi Pərviz Səmədovun komandası İslamiadadakı rəqibi Mərakeş, həmçinin Belarus yığması ilə üz-üzə gələcək.
Millimiz növbəti yoxlama oyununda gücünü sınayıb. Voleybol Mərkəzində Mərakeş millisi ilə qarşılaşan yığmamız rəqibinə 2:3 hesabı ilə məğlub olub.
İlk yoxlama oyununda millimiz Belarus seçməsinə 1:3 hesabı ilə uduzub.
Azərbaycan yığması növbəti yoxlama oyununu iyulun 21-də Belarusa, ertəsi gün isə Mərakeşə qarşı keçirəcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [15:25]
İbrahimoviç ad günündə özünə bahalı “Ferrari” hədiyyə edib
- 05.10.2026 [14:50]
Azərbaycan karateçiləri beynəlxalq yarışlarda üç medal qazanıblar
- 05.10.2026 [14:05]