KİV: İsveç 2024-cü ildə ÜDM-in 2 faizini müdafiəyə yönəldəcək
Bakı, 29 iyun, AZƏRTAC
İsveç hökuməti gələn il müdafiəyə bu illə müqayisədə 20 milyard kron (1,86 milyard dollar) çox vəsait ayırmağı planlaşdırır.
AZƏRTAC xəbər verir ki, bu barədə SVT telekanalı məlumat yayıb.
Bildirilib ki, İsveç NATO-ya üzv olan bütün ölkələr qarşısında hərbi xərclərin ÜDM-in 2 faizinə çatdırılması vəzifəsini yerinə yetirəcək.
“Biz dedik ki, gələn il büdcəni təxminən 20 milyard (kron - red.) artırmalı olacağıq və bu, tamamilə zəruridir”, - müdafiə naziri Paul Jonsson telekanala müsahibəsində deyib.
Ümumilikdə, gələn il müdafiə büdcəsinin təxminən 117 milyard kron (10,86 milyard dollar) olacağı gözlənilir. 2025-ci ildə daha 12 milyard kron (1,11 milyard dollar) əlavə etmək planlaşdırılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [15:56]
Mark Rutte: NATO raketdən müdafiə sistemlərini gücləndirir
- 29.09.2026 [15:38]
Avropanın iri şəhərlərində kirayə haqqının maaşda payı nə qədərdir?
- 29.09.2026 [15:28]
Donald Tramp-Si Cinpin görüşü: Böyük jestlər və açıq qalan məsələlər – İCMAL
- 29.09.2026 [15:13]
BMT-nin Baş katibi irqi ayrı-seçkiliklə mübarizəyə çağırıb
- 29.09.2026 [15:02]
Avropa İttifaqının xarici sərhədlərinin təhlükəsizliyi gücləndirilir
- 29.09.2026 [14:52]