KOMPLEKS İNKİŞAF PROQRAMI HAZIRLANMIŞDIR
Azərbaycan Respublikası Dövlət Neft Şirkətindən AZƏRTAC-a bildirmişlər ki, 2015-ci ilə qədər geofizika və geologiyanın kompleks inkişaf proqramı hazırlanmış və onun icrasına başlanmışdır. Proqram çərçivəsində “Azneft” İstehsalat Birliyi, “Azerbaijan Shengli Oil Company”, “Kura Ialley Operating Company”, “Azgerneft İB”, “Binagadi Oil” şirkəti və başqa müəssisələrin sifarişi ilə yüksək səviyyəli seysmik, geoloji işlər həyata keçirilir.