Koronavirusla Mübarizəyə Dəstək Fonduna Gəncliyə Yardım Fondu da ianə verib
Bakı, 30 mart, AZƏRTAC
Gəncliyə Yardım Fondu (GYF) Prezident İlham Əliyevin 2020-ci il 19 mart tarixli “Azərbaycan Respublikasında əhalinin sağlamlığının qorunması və koronavirus infeksiyasına qarşı mübarizənin gücləndirilməsi ilə bağlı tədbirlər haqqında” Fərmanına əsasən yaradılan Koronavirusla Mübarizəyə Dəstək Fonduna iki min manat məbləğində vəsait köçürüb.
Gəncliyə Yardım Fondundan AZƏRTAC-a bildiriblər ki, təşkilat qlobal pandemiya ilə mübarizə üçün sosial həmrəyliyin nümayiş etdirilməsini zəruri sayaraq vətəndaşları, o cümlədən fondun bütün əməkdaşlarını koronavirusla mübarizədə fəal olmağa, özlərini və ətrafdakı insanları qorumaq məqsədilə Nazirlər Kabineti yanında Operativ Qərargahın təlimatlarına ciddi riayət etməyə, yaşlı insanların qayğısına qalmağa, zərurət olmadığı təqdirdə evdən çıxmamağa və ictimai yerlərə toplaşmamağa çağırır. Gəncliyə Yardım Fondu özünün nizamnaməsinə uyğun olaraq yarandığı gündən həyata keçirdiyi xeyirxahlıq missiyasını bu həssas və taleyüklü günlərdə də davam etdirir, sosial müdafiəyə ehtiyacı olan şəxslərin, aztəminatlı ailələrin və tənhaların problemlərinin həlli üçün əlindən gələni edir.
Qeyd edək ki, fond bu günlərdə “Biz birlikdə güclüyük” şüarı ilə Bakı şəhərində yaşayan 65 yaşından yuxarı ehtiyac sahiblərinə qida paketi və təmizlik ləvazimatlarının paylanması işini də həyata keçirəcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [14:39]
Laçında özünüməşğulluq proqramının icrasına başlanılıb
- 26.08.2023 [11:48]
“Ay Laçın” – doğma və kövrək duyğularla VİDEO
- 25.08.2023 [17:45]
Avqust ayının müavinət, təqaüd və ünvanlı sosial yardımları tam ödənilib
- 25.08.2023 [17:38]
Qida sahəsində fəaliyyət göstərən 7 müəssisədə nöqsanlar aşkarlanıb
- 25.08.2023 [14:17]
® “Xonça” şirniyyat sahəsində yeni texnologiyaları ölkəyə gətirir
- 25.08.2023 [12:22]
“Könüllü DOST” proqramına ötən dövrdə 96,1 min müraciət olub
- 25.08.2023 [12:04]
“YAŞAT” düşərgəsinin altıncı həftəsi başa çatıb
- 25.08.2023 [11:48]