Krımda Azərbaycanın 77-ci atıcı diviziyasının yubileyi qeyd edilmişdir
Bakı, 17 dekabr (AZƏRTAC). AZƏRTAC xəbər verir ki, Simferopolda Qırmızı Bayraq və Suvorov ordenli 77-ci Simferopol diviziyasının 90 illiyinə həsr olunmuş tədbir keçirilmişdir.
Simferopol şəhər şurasının, Simferopol, Yalta və Aluştadakı Azərbaycan diasporunun nümayəndələrinin iştirak etdikləri tədbirdə Krım Dövlət Teleradioşirkətinin diviziya haqqında çəkdiyi televiziya filmi nümayiş etdirilmişdir.
Bildirilmişdir ki, hələ 1920-ci ildə Azərbaycanda yaradılmış 77-ci diviziya Krımın, o cümlədən Simferopolun və Sevastopolun faşistlərin azad olunması uğrunda döyüşlərdə fəal iştirak etmişdir.
Krımın azadlığı uğrunda minlərlə azərbaycanlı həlak olmuşdur. 77-ci diviziya Krım paytaxtının faşistlərdən azad edilməsi zamanı göstərdiyi qəhrəmanlığa görə Simferopol diviziyası adlandırılmışdır.
Sapun dağına hücum zamanı göstərdikləri rəşadətə görə Sevastopol yaxınlığında Azərbaycanın qəhrəman oğul və qızlarının şərəfinə xatirə kompleksi ucaldılmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 31.07.2026 [20:08]
Diaspor Gənclərinin 7-ci Yay Düşərgəsinin iştirakçıları Azərbaycana gəliblər
- 27.07.2026 [15:06]
Azərbaycan Beynəlxalq Gənclər Assambleyasında təmsil olunacaq
- 24.07.2026 [15:54]
VIII “Qardaşlaşmış Qarabağ məktəbləri” Yay Düşərgəsi başa çatıb
- 22.06.2026 [23:01]
Azərbaycan diasporunun fəal simalarından biri – Fərqanə Bayramlı
Bu saata olan əsas xəbərlər
- [12:00]
Yekaterinburqa dron hücumu olub
- [08:55]
İmişlidə traktorun altında qalan uşaq ölüb
- 06.08.2026 [23:50]