Kriştiano Ronaldo UEFA Çempionlar Liqasında yeni rekorda imza atıb
Bakı, 24 noyabr, AZƏRTAC
İngiltərənin “Mançester Yunayted” klubunun futbolçusu Kriştiano Ronaldo UEFA Çempionlar Liqasında yeni rekorda imza atıb.
AZƏRTAC xəbər verir ki, 36 yaşlı hücumçu buna İspaniyada “Vilyarreal”a 2:0 hesabı ilə qalib gəldikləri qrup mərhələsinin beşinci tur oyununda müvəffəq olub.
Matçın 78-ci dəqiqəsində hesabı açan təcrübəli forvard əsas klub yarışlarından birində son 15 dəqiqədə üçüncü dəfə qələbə qolunu vurub. Bu, əlavə vaxtda bitən oyunlar istisna olmaqla, qitənin bir nömrəli klub turnirində rekorddur.
Qeyd edək ki, "Mançester Yunayted" 5 oyundan sonra F qrupunda 10 xalla liderdir. Komanda sona bir tur qalmış pley-offa vəsiqəni təmin edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 14.10.2026 [13:20]
“Vilyarreal”ın qapıçısı silahlı basqın səbəbindən “Napoli” ilə oyunu buraxıb
- 14.10.2026 [13:05]
“Barselona” tarixi rekordu təkrarlayıb
- 14.10.2026 [12:45]