Kuba səfiri: Azərbaycan Olimpiya Oyunları səviyyəsində yarışlar təşkil edir
Bakı, 22 aprel, AZƏRTAC
Kubanın ölkəmizdəki səfiri Karlos Enrike Valdes de la Konsepsyo Milli Gimnastika Arenasında keçirilən bədii gimnastika üzrə dünya kuboku yarışlarında iştirak edən ölkəsinin nümayəndə heyəti ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, görüşdən sonra səfir ölkəmizdə keçirilən dünya kuboku yarışları barədə təəssüratlarını bölüşüb. Səfir bildirib ki, Milli Gimnastika Arenası onda xoş təəssürat yaradıb: “Burada mötəbər idman yarışlarının keçirilməsi üçün hər cür şərait mövcuddur. Deyərdim ki, Azərbaycan Olimpiya Oyunları səviyyəsində yarışlar təşkil edir. Burada Qretel Mendoza adlı bir gimnastımız qüvvəsini sınayır. O, gənc idmançıdır. Bu yarışlara çox ciddi hazırlaşıb. Bilirik ki, digər gimnastların səviyyəsi çox yüksəkdir. Kuba üçün bədii gimnastika üzrə dünya kuboku kimi mühüm beynəlxalq idman tədbirində iştirak etmək vacibdir. İdmana böyük marağım var. Vaxtilə cüdo və üzgüçülüklə məşğul olmuşam. Düşünürəm ki, hər kəs öz sağlamlığı üçün mütləq idmanla məşğul olmalıdır”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [17:28]
Azərbaycan millisinin keçmiş qapıçısı doktorantura təhsilini davam etdirəcək
- 29.09.2026 [17:09]
Canni İnfantino Prezident İlham Əliyevlə görüşü ilə bağlı paylaşım edib
- 29.09.2026 [16:37]
Oktyabr ayına gözlənilən hava proqnozu açıqlanıb
- 29.09.2026 [16:34]
Azərbaycan Premyer Liqasında IX turun oyun cədvəli açıqlanıb
- 29.09.2026 [16:31]
Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub
- 29.09.2026 [16:05]