“Kür” həndbol klubunun baş məşqçisi: İnanıram ki, növbəti oyunumuzda da qələbə qazanacağıq
Mingəçevir, 27 oktyabr, AZƏRTAC
Azərbaycanda həndbol çox sevilir. İnanıram ki, növbəti avrokubok oyunumuzda da qələbə qazanacağıq.
AZƏRTAC xəbər verir ki, bu sözləri "Kür" həndbol klubunun baş məşqçisi Nasser Salimi Avropa Kubokunun II mərhələsində Mingəçevirdə Kiprin “Parnassos Strovolu” klubuna 32:29 hesabı ilə qalib gəldikləri cavab oyunundan sonra jurnalistlərə açıqlamasında deyib.
Mütəxəssis dəstəyə görə azarkeşlərə təşəkkürünü bildirib: "Ümid edirəm ki, növbəti matçımızda da bu arena dolu olacaq. Rəqibimiz hələ bəlli deyil. Həmin komandanın adına növbəti həftə aydınlıq gələcək".
Qeyd edək ki, ötən gün keçirilmiş ilk matçda da rəqibini üstələyən (35:31) "Kür" adını növbəti mərhələyə yazdırıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.06.2026 [20:36]
Azərbaycan avarçəkənləri Dünya Kubokunda medal qazanıblar
- 13.06.2026 [19:19]
Atletika üzrə Azərbaycan çempionatına yekun vurulub
- 13.06.2026 [19:13]
Azərbaycan atleti Nazim Babayev karyerasını bitirib
- 13.06.2026 [19:05]
Dünya çempionu olan çövkən üzrə Azərbaycan millisi mükafatlandırılıb
- 13.06.2026 [18:33]
Çövkən üzrə Azərbaycan millisi dünya çempionu olub
- 13.06.2026 [13:51]
Bakıda “RobotChallenge 2026” texnologiya yarışı start götürüb
- 13.06.2026 [12:03]
Türkiyə millisi dünya çempionatında mübarizəyə başlayır
- 13.06.2026 [07:21]