LƏNKƏRANDA BƏDƏN TƏRBİYƏSİ VƏ İDMAN GÜNÜ QEYD OLUNMUŞDUR
Lənkəran, 6 mart (AZƏRTAC). Lənkəran şəhərindəki “Qafqaz Sahil Oteli”ndə bədən tərbiyəsi və idman gününə həsr olunmuş tədbir keçirilmişdir.
İştirakçılar əvvəlcə şəhərin Heydər Əliyev parkında ümummilli liderimizin abidəsi önünə gül dəstələri düzərək ulu öndərin xatirəsini ehtiramla yad etmiş, otelin foyesində rayon idmançılarının nailiyyətlərini əks etdirən sərgi ilə tanış olmuş, idmançıların qazandığı uğurlara həsr olunmuş filmə baxmışlar.
Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının müavini İlkin Rəhimov, rayon gənclər və idman idarəsinin rəisi Yalçın Əhmədov, təhsil şöbəsinin müdiri Səmədağa Abdullayev və başqaları Prezident İlham Əliyevin 2005-ci il 4 mart tarixli Sərəncamı ilə hər il martın 5-nin ölkəmizdə bədən tərbiyəsi və idman günü kimi qeyd olunmasını dövlətimizin başçısının idmançılara göstərdiyi qayğının təzahürü kimi qiymətləndirmişlər.
2008-ci ildə fərqlənən idmançıların bir qrupuna fəxri-fərmanlar və xatirə hədiyyələri təqdim edilmişdir.
Rayonun musiqi kollektivləri konsert proqramı ilə çıxış etmişlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 14.10.2026 [16:12]
Azərbaycanın boks yığması komanda hesabında Avropa üçüncüsü olub
- 14.10.2026 [15:04]
Futzal üzrə Azərbaycan millisinin oyununa hakim təyinatları açıqlanıb
- 14.10.2026 [13:20]
“Vilyarreal”ın qapıçısı silahlı basqın səbəbindən “Napoli” ilə oyunu buraxıb
- 14.10.2026 [13:05]