Azərbaycan Dövlət İnformasiya Agentliyi

LƏNKƏRANDA KEÇİRİLMİŞ OPERATİV MÜŞAVİRƏDƏ AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN ÇIXIŞI

Dünən axşam Lənkəranda baş vermiş faciə ilə əlaqədar Dövlət Komissiyası yaradılmışdır. Komissiyanın sədri Baş nazir Artur Rasizadədir, digər üzvlər təyin edilibdir və bu məsələ araşdırılacaqdır.

Mən axşam daxili işlər naziri Ramil Usubovla əlaqə saxladım və ona göstəriş verdim ki, bütün lazımi tədbirlər görülsün. Xüsusi təlim keçmiş insanlar gecə ikən buraya göndərildi. Eyni zamanda, səhiyyə naziri Əli İnsanovla da əlaqə saxladım və Bakıdan tibbi briqadalar göndərildi. Telefonla icra hakimiyyətinin başçısı Zeynal Nağdəliyevlə danışdım. O, bu məsələni mənə məruzə etdi. Bu gün də şəxsən özüm gəlmişəm.

Komissiya bu məsələni araşdıracaq. Mən hələlik bir şey demək istəmirəm. Amma ilkin məlumatlara əsasən deyə bilərəm ki, burada ciddi səhvlərə yol verilmişdir. Bu məsələ bu gün qalxmayıbdır. Artıq neçə aydır ki, bu məsələ ilə bağlı müzakirələr gedir. İcra hakimiyyətinin başçısı Nazirlər Kabinetinə məktublar göndərmişdir. Nazirlər Kabineti də öz növbəsində, müvafiq göstərişlər verərək, layihə institutunun əməkdaşlarını buraya göndərmişdir. Layihə İnstitutu əməkdaşlarının apardığı təhlillərə əsasən, müəyyən iş cədvəli tutulmuş və təmirə başlanmışdır. Belə çıxır ki, bu təmir nəticəsində, yaxud təmir aparılan anlarda ev çökdü.

Mən istəyirəm ki, bu məsələ tezliklə hərtərəfli və ədalətli araşdırılsın. Bu məqsədlə cinayət işi açılıbdır. Baş prokurorun müavini indi buradadır. Mən bu gün bir daha göstəriş vermişəm ki, məsələ ədalətli və operativ şəkildə araşdırılmalıdır. Şübhə yoxdur ki, bu faciəli hadisə kiminsə səhlənkarlığı, səriştəsizliyi ucbatından, yaxud başqa hərəkətləri ucbatından baş vermişdir. Əgər bu müddət ərzində sakinlər, yerli orqanlar bu məsələ ilə bağlı öz nigarançılıqlarını ifadə edirdilərsə, deməli, buna reaksiya verilməli idi. Eyni zamanda, hesab edirəm ki, sakinlər vaxtında binadan çıxarılmalı idilər. Bu da baş vermədi.

Bu gün xəstəxanada olan yaralı insanlarla söhbət əsnasında aydın oldu ki, onları inandırırdılar ki, heç nə olmayacaq, təmir işləri aparılır və binaya heç nə olmayacaqdır. Bu, çox xoşagəlməz bir haldır. Bu, çox narahatedici bir haldır və ən başlıcası, böyük faciə olmuşdur. 6 adam həlak olub, 21 adam yaralanıbdır. Onların bəziləri ağırdır. Mən bu gün xəstəxanada onlarla söhbət etdim, ən ağır vəziyyətdə olanları da gördüm. Həkimlər əllərindən gələni edirlər. Yerli həkimlər sağ olsunlar. Eyni zamanda, Bakıdan göndərilmiş xüsusi briqadalar, fövqəladə hallarda iş təcrübəsi olan briqadalar işləyir.

Yəqin bilirsiniz ki, xilasedicilər də çox böyük işlər görürlər. Onların səyləri nəticəsində 12 saatdan sonra 1 nəfər xilas edildi. Düzdür, onun vəziyyəti ağırdır, amma həkimlər mənə dedilər ki, vəziyyəti sabitləşibdir. Ümidvarıq ki, onun səhhəti bərpa olunacaqdır.

Beləliklə, hesab edirəm ki, biz komissiyanın yekun rəyini gözləməliyik. Mən hadisələri tələsdirmək istəmirəm. İstəyirəm ki, hər şey araşdırılsın və əgər günahkar varsa, - hesab edirəm, günahkar var, çünki günahkar olmasaydı, bina bu şəkildə çökməzdi, - onlar cəzalandırılmalıdır. Amma heç kəs üçün sirr deyil ki, komissiyanın işi hələ bir müddət davam edəcəkdir.

Ancaq zərər çəkmiş insanlar, yaralananlar, evdən çıxarılmış digər sakinlər var, onların vəziyyəti necə olacaq, taleyi necə olacaq? Evsiz-eşiksiz qalmış insanlar nə edəcəklər? Biz bu haqda da fikirləşməliyik. Onların maddi-məişət problemlərinə tezliklə baxmalıyıq. Mən bu məsələ ilə bağlı müvafiq göstərişlər verəcəyəm. Eyni zamanda, yerli icra orqanları da maksimum qayğı göstərməlidirlər. Bu insanlar – həm yaralananlar, həm də, digər sakinlər indi stress vəziyyətindədirlər. Öz evlərinə qayıda bilmirlər. Onların illər boyu əldə etdikləri varidatı mənzillərdə qalıbdır. Evə daxil ola biləcəklər, ya bilməyəcəklər – bu, hələ sual altındadır. Çünki bina gərək çox ciddi araşdırılsın. Müəyyən edilsin ki, bu binanın vəziyyəti sakinlərin oraya qayıtmasına imkan verirmi. Hər halda, bütün bu məsələlər operativ şəkildə həll olunmalıdır, kompensasiyalar ödənilməlidir. Bir daha, - xüsusilə, yerli icra orqanlarına, eyni zamanda, mərkəzi orqanlara - deyirəm, maksimum diqqət göstərilməlidir.

Bu hadisə, eyni zamanda onu göstərir ki, belə hallar gələcəkdə təkrarlana bilər. Buna bənzər evlər Lənkəranda da, Azərbaycanın başqa yerlərində də az deyildir. 1970-ci ildə tikilmiş bu bina, görünür, o qədər də keyfiyyətli olmayıbdır. Yaxud da onun istismarında buraxılmış səhvlərin nəticəsində belə qəza vəziyyətinə düşübdür. Ona görə də buna bənzər bütün binalara operativ şəkildə baxış keçirilməlidir. Əgər buradakı çatlar, yaxud narahatedici faktlar aşkar olunarsa, təcili şəkildə Nazirlər Kabinetinə məlumat verilməlidir.

Mənim deyəcəyim bu qədər. Bu hadisə məni çox sarsıtdi. Mən dünən bunu eşidən kimi, lazımi göstərişləri verdim. Ancaq bunların heç biri həlak olanları geri qaytarmayacaqdır. Bu, böyük dərddir, böyük faciədir. Hesab edirəm, indi hamımızın vəzifəsi ondan ibarətdir ki, yaralananların, zərər çəkənlərin faciəsini yüngülləşdirək. Əminəm ki, siz də bu fikirdəsiniz. Hesab edirəm ki, dəymiş ziyan yaxın vaxtda hesablanacaq və zərər çəkənlərə lazımi səviyyədə yardımlar göstəriləcəkdir. Kimin sözü, sualı varsa, buyursun.

X X X

ZEYNAL NAĞDƏLİYEV: Cənab Prezident, icazə versəniz, bu görüşünüzə görə Sizə bütün lənkəranlılar adından minnətdarlığımızı bildirərdim. Bu hadisə baş verən kimi Sizin onunla maraqlandığınızı gördük və indi də burada olmağınız buna sübutdur. Ona görə də bütün lənkəranlılar adından Sizə bir daha minnətdarlığımı bildirirəm.

İLHAM ƏLİYEV: Sağ olun. Bir də demək istəyirəm ki, Bakıdan gələn insanlar - həkimlər, xilasedənlər, nə qədər lazımdırsa, burada qalacaqlar. Qəzanın nəticələrinin aradan qaldırılması istiqamətində lazımi tədbirlər görəcəklər. Axıra qədər, sonuncu yaralı xəstəxanadan evə gedənə qədər burada qalacaqlar. Nə kimi əlavə yardım, kömək lazım olarsa, siz birbaşa mənə deyin, bu məsələni şəxsən öz nəzarətimdə saxlayıram. Dövlət komissiyası artıq öz işinə başlayıbdır və güman edirəm ki, tezliklə lazımi tədbirlər görəcəkdir. Biz bu məsələni həm axıra qədər ədalətli araşdırmalıyıq, eyni zamanda, ilk növbədə, zərər çəkənlərə kömək göstərməliyik. Sağ olun.

X X X

Prezident İlham Əliyev sonra icra hakimiyyətinin binası qarşısında ictimaiyyətin nümayəndələri, zərər çəkmiş sakinlər ilə görüşüb söhbət etdi, onların fikirlərini dinlədi.

UÇMUŞ BİNANIN SAKİNİ: Biz o binada yaşayırıq. İndi həmin evin bir tərəfi tamam uçubdur. Siz də gəlib görmüsünüz. O biri tərəfi isə tamam əyilibdir. İndi biz istəyirik ki, evdə qalan əşyalarımızı, paltarlarımızı götürək. Heç olmasa, zərərin yarısından qayıdaq. Yəqin ki, bizə, imkan daxilində, ev tikəcəksiz, yaxud kompensasiya verəcəksiz, onu Siz həll edəcəksiz. Sizin atanız da xeyirxah olub, inşallah Siz də xeyirxah olacaqsınız. Siz bizim dərdimizə şərik olur, bizi başa düşürsünüz. Sizin atanız bizə çox hörmət edib. Siz də onun oğlusunuz.

İLHAM ƏLİYEV: Siz evsiz qalmayacaqsınız. O evə baxış keçiriləcək, müəyyən olunacaq ki, orada yaşamaq mümkündür, yaxud mümkün deyildir. Əgər mümkün deyilsə, bina tikiləcək və mənzillə təmin olunacaqsınız. Bunu biz edəcəyik. Ona görə narahat olmayın. O ki, qaldı evə girib əşyaları çıxarmaq məsələsinə, gərək Bakıdan gələn xilasedənlər baxsınlar ki, təhlükə var, ya yox.

UÇMUŞ BİNANIN SAKİNİ: Elə təhlükə yoxdur. Hər mənzilə bir uşaq girər, nəyimiz varsa qablaşdırar, qaldırıcı kranla çıxararıq.

İLHAM ƏLİYEV: Yaqub müəllim, mən tapşırmışam. Əgər binaya girməyə imkan varsa, qoy girib-çıxsınlar, əgər desəniz ki, yox, təhlükəlidir, onda gözləyək.

UÇMUŞ BİNANIN SAKİNİ: Bizim ev məsələmiz necə olacaqdır? Heç olmasa, kompensasiya versinlər...

İLHAM ƏLİYEV: Veriləcəkdir. Orada yaşayan sakinlər öz qohum-əqrəbalarının yanına gediblər?

UÇMUŞ BİNANIN SAKİNİ: Bəli, gecəni elə qohumların evində qalmışıq. Səhərə qədər yatmamışıq, düşünürdük ki, evin taleyi necə olacaq. Allah Sizi salamat etsin. Buraya gəldiniz, bizə böyük dayaq oldunuz. Biz Sizə arxalandıq. Bu camaat da Sizə təşəkkür etməyə gəlmişdir. Siz bizim dərdimizə şərik olmağa gəlmisiniz. Biz Sizi çox istəyirik. Biz həmişə Sizinləyik.

İLHAM ƏLİYEV: Çox sağ olun.

UÇMUŞ BİNANIN DİGƏR SAKİNİ: Narahat olmusunuz, gəlmisiniz, amma çox xahiş edirik ki, bir əncam qılasınız. Çünki hamımız küçədə qalmışıq.

İLHAM ƏLİYEV: Mən başa düşürəm. Narahat olmayın, bu məsələ həll olunacaqdır. Siz bilirsiniz ki, mən komissiya yaratmışam. Bu hadisəni araşdıracaqdır. Amma məsələ gərək tezliklə həll olunsun ki, camaat küçədə qalmasın. Siz indi qohum-əqrəbanın evində qalırsınız. Buraya Bakıdan çoxlu nazirlər gəliblər, gecədən buradadırlar. Daxili işlər nazirliyinin, respublika prokurorluğunun nümayəndələri, səhiyyə naziri, əmək və əhalinin sosial müdafiəsi naziri, iqtisadi inkişaf naziri buradadırlar. Hələ ki, xilasetmə işləri gedir, dağıntılar təmizlənir. Bir az səbir edin. Sakinlərə də deyin ki, narahat olmasınlar. Mənim də onlara salamlarımı çatdırın. Mən bu məsələni öz nəzarətimdə saxlayıram. Sağ olun.

Lənkəranlılar dövlətimizin başçısına böyük mehribanlıq və səmimiyyət göstərərək, ona daim sadiq olacaqlarını bir daha bildirdilər.

Azərbaycan Prezidenti İlham Əliyev həmin gün Bakıya qayıtdı.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Amur vilayətində Tu-95 hərbi təyyarəsi qəzaya uğrayıb

BDU-da “Zəfər ayı”: Yaddaşımızda yaşayan qəhrəmanlar

Avrokomissar: Aİ-nin enerji xərcləri bu il 100 milyard avrodan çox artıb

DVX: Vergi borclarının idarə olunmasına daha çevik yanaşmaların tətbiqi istiqamətində iş aparılır

ADSEA sədri Samux rayonunda vətəndaşların müraciətlərini dinləyib

Azərbaycan İtaliya ilə strateji sahələrdə qarşılıqlı faydalı tərəfdaşlıq imkanlarını nəzərdən keçirib

Əlilliyi olan 1600-dən çox şəxs hippoterapiya xidmətinə cəlb edilib

Qazaxıstan və Almaniya şirkətləri Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzrə əməkdaşlığı inkişaf etdirir

Azərbaycan və Rusiya arasında hüquq sahəsində əlaqələrin inkişaf perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb

Beynəlxalq İnvestisiya Forumu Azərbaycana sərmayə axınını təmin edən tədbir oldu - ŞƏRH

® “Expressbank”dan UNEC tələbələri üçün maliyyə savadlılığı təlimləri

İcbari tibbi sığorta sahəsində ÜST ilə əməkdaşlıq imkanları diqqətdə olub

Azərbaycan millisinin keçmiş qapıçısı doktorantura təhsilini davam etdirəcək

DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi 4 istiqamət üzrə ISO sertifikatlarına layiq görülüb

Qətər rəsmisi: ABŞ-İran danışıqları davam edir, fikir ayrılıqlarını həll etməyə çalışırıq

Masallının iki kəndinin yolları təmir olunub VİDEO

Masallının iki kəndinin yolları təmir olunub VİDEO

“Azərkosmos” “Platerra” süni intellektəsaslı platformasını istifadəyə verib

Azərbaycan Su İdmanı Federasiyasının fəaliyyətindəki yeniliklər açıqlanıb VİDEO

Azərbaycan Su İdmanı Federasiyasının fəaliyyətindəki yeniliklər açıqlanıb VİDEO

Media: Almaniya hökuməti Çinin Hamburqdakı logistika şirkətini almasına qarşı çıxmaq istəyir

Tramp texnologiya şirkətlərinin rəhbərləri ilə görüşəcək və süni intellektəsaslı federal portalı təqdim edəcək

ADU ilə Almaniyanın ali məktəbləri arasında əməkdaşlığın inkişaf etdirilməsi prioritet istiqamətlərdəndir

Qərbi Azərbaycanda tarixi abidələrimiz – Şah Abbas karvansarası

Naringi bağlarının sığortalanması fermerlərin risklərdən qorunmasına imkan verir

Canni İnfantino Prezident İlham Əliyevlə görüşü ilə bağlı paylaşım edib

“Səyyar Gənclər Xidməti” Salyanda

Dubayda ilk dəmir yolu stansiyası açılıb

Xaricdə ali təhsil almış 30 nəfər peşə tanınması imtahanında uğur qazanıb

Asiya İnfrastruktur İnvestisiya Bankının 12-ci İllik Toplantısı gələn il Azərbaycanda keçiriləcək

Olimpiya mükafatçısı: Azərbaycanlı gənc üzgüçülərin hazırlıq səviyyəsi gözləntilərimi üstələdi

III Beynəlxalq Opera Festivalı çərçivəsində “Gənclərin səsi” layihəsi davam edir

Yunanıstan qida tullantılarının həcminə görə Aİ-də üçüncü yerdədir

Hindistan şirkəti Azərbaycanda qablaşdırma məhsullarının istehsalı zavodu yaradacaq

Pərvanə Babayeva: Xarici laboratoriyada işləmək, əslində, xarici təcrübəni öz laboratoriyana gətirməkdir

“Rosatom” Ermənistana digər ölkələrin də iştirakı ilə yeni AES tikməyi təklif edir

Qırğızıstanda iki məktəbdə Azərbaycan dilinin tədrisinə başlanılır

Myanmada 18 mindən çox sakin daşqından zərər görüb

Azərbaycana səfərə gələn Avropa Komissiyasının nümayəndə heyəti Naxçıvanda olub

Oktyabr ayına gözlənilən hava proqnozu açıqlanıb

® İndi “Azeronline” abunəçiləri “Kinon TV” xidmətindən ödənişsiz istifadə edə biləcəklər

Azərbaycan Premyer Liqasında IX turun oyun cədvəli açıqlanıb

Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub

Fransanın dövlət borcu antirekord həddə çataraq 3,6 trilyon avroya yaxınlaşıb

Fatih Birol: Lazım gələrsə, üzv dövlətlərlə strateji neft ehtiyatlarından daha çox istifadəni müzakirə edəcəyik

AQTA: Ev şəraitində hazırlanan konserv məhsullarından istifadə zamanı diqqətli olmaq vacibdir

Təhsildə Yeni Çağırışlar VII Beynəlxalq Forumu təşkil olunacaq

Sabah yağıntılar kəsiləcək

Azərbaycanın qastroturizm imkanları İtaliyada beynəlxalq festivalda təqdim olunub

İnkişaf mühərrikləri yalnız enerji və maliyyədən ibarət deyil – professor İlham Məmmədzadənin təhlili

Lənkəranda episentrdə 3 bala qədər hiss edilən zəlzələ olub

“Sabah” Çempionlar Liqasının ev oyunları üçün paket biletlərin satışını başa çatdırır

Dövlət Komitəsində vətəndaşların müraciətləri dinlənilib

Türkiyədə muzeyləri ziyarət edənlərin sayı rekord səviyyəyə çatıb

Torpaq koordinatlarının tanıdılması xidməti elektronlaşdırılıb

Rusiya 1 milyon rubldan artıq nağd vəsaitin Azərbaycana göndərilməsini məhdudlaşdırıb

Sülh və sabitliyin möhkəmləndirilməsi və regional kommunikasiyaların inkişafı əsas prioritetlər sırasındadır - RƏY

“Qərbi Azərbaycan əzəli və əbədi Azərbaycan torpağıdır” mövzusunda açıq dərslər təşkil olunub

Məşhur futbolçu mövsümün sonunda karyerasını başa vuracaq

Dünya Kuboku öncəsi Su İdman Sarayında gənc üzgüçülər üçün ustad dərsi keçirilib

Azərbaycanın iqtisadi inkişafında yeni mərhələ üçün geniş imkanlar formalaşıb - ŞƏRH

Mark Rutte: NATO raketdən müdafiə sistemlərini gücləndirir

“Azərbaycan Respublikasının Gömrük Məcəlləsində, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində və “Qiymətli metallar və qiymətli daşlar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2026-cı il 20 fevral tarixli 358-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 16 mart tarixli 622 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında və Sərəncamında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Fernando Alonso “Aston Martin”lə müqaviləsinin müddətini uzadıb

Şahlar Şərifov: Nizami yaradıcılığı gənclər üçün mühüm düşüncə mənbəyidir

AMADA Londonda keçirilən beynəlxalq tədbirdə təmsil olunub

Azərbaycan, Türkiyə və Özbəkistan təlimləri: hərbi əməkdaşlıqda yeni mərhələ- ŞƏRH

Azərbaycan məhsulları Ciddədə “The Saudi Food Show 2026” sərgisində nümayiş olunur

Avropanın iri şəhərlərində kirayə haqqının maaşda payı nə qədərdir?

Milli yaddaşın memarlıq dili: Şəhidlərin xatirəsi və Zəfərin əbədiyyəti

Mingəçevir Reqatasında ilk günün qalibləri müəyyənləşib YENİLƏNİB VİDEO

Mingəçevir Reqatasında ilk günün qalibləri müəyyənləşib YENİLƏNİB VİDEO

Ağcabədidə heyvanlar dabaq xəstəliyinə qarşı peyvəndlənir VİDEO

Ağcabədidə heyvanlar dabaq xəstəliyinə qarşı peyvəndlənir VİDEO

Donald Tramp-Si Cinpin görüşü: Böyük jestlər və açıq qalan məsələlər – İCMAL

Daxili işlər naziri Şəkidə vətəndaşların müraciətlərini dinləyəcək və gənclərin arasından seçim edəcək

AZAL Turizm İşçiləri Günü münasibətilə sərnişinlərə xüsusi təkliflər təqdim edir

Sürücülər üçün keçirilən imtahanda 353 namizəd tələb olunan şərtləri ödəyib

BMT-nin Baş katibi irqi ayrı-seçkiliklə mübarizəyə çağırıb

Türk Dövlətləri Mühasibat və Audit Peşə və Tənzimləyici Qurumları Birliyinin yaradılması iqtisadi inteqrasiyanı gücləndirəcək - MÜSAHİBƏ

Cənub-Şərqi Avropanın biznes və texnologiya liderləri Buxarestdə bir araya gəlib

Azərbaycana sərmayələrin artması ölkədəki iqtisadi sabitliyi göstərir ŞƏRH

Avropa İttifaqının xarici sərhədlərinin təhlükəsizliyi gücləndirilir

Nərgiz Cabbarlı: Xaqani irsinin daha dərindən tədqiqinə və geniş təbliğinə ehtiyac var

Azərbaycan nümayəndə heyəti Çində pambıqçılıqda innovativ əkin və avtomatlaşdırılmış yığım texnologiyaları ilə tanış olub

Fransada lisey şagirdlərinin etirazları genişlənir

HTP qalibi: Mərakeşdə psixologiya üzrə təhsil alacaq ilk azərbaycanlı tələbə olacağam

Naxçıvanda alternativ və bərpaolunan enerji mənbələri üzrə elektrik enerjisi istehsalı artıb

Azərbaycan Üzgüçülük Federasiyasının rəsmi maskotları təqdim olunub

Xızı və Şabranın turizm imkanları yerli sənaye nümayəndələrinə təqdim olunub

Kreml: Rusiya İranın Nüvə Silahlarının Yayılmaması Müqaviləsindən çıxmayacağına ümid edir

Üçrəngli Bayrağımızı Talış kəndində sancan şəhid

Azərbaycanlı sürrealist rəssamın əsərləri İspaniyanın "People Art Factory" layihəsində

Millinin futbolçusu: Şotlandiya ilə oyunda xal və ya xallar qazanmaq üçün əlimizdən gələni edəcəyik

Tədqiqatçılardan xəbərdarlıq: İnformasiya müxtəlifliyi azala bilər

Sərdar Ünsal: 44 günlük Vətən müharibəsi Azərbaycan tarixinin qəhrəmanlıq salnaməsidir

Kimya İnstitutunda hidrogen enerjisi və yeni nəsil materiallar üzrə tədqiqatlar aparılır

Qlobal investorların İkinci Beynəlxalq Forumda iştirakı ölkəmizin investisiya mühitinə etimadı artırır

Avropada qaz anbarlarının doluluq nisbəti ilin bu dövrü üçün ən aşağı səviyyədədir

Prezidentin Mətbuat Xidmətinin məlumatı

Qazaxıstan ordu haqqında sosial şəbəkələrdə yayılan feyk kadrları təkzib edib

® Gömrük və səhiyyə işçilərinin davranış standartları barədə danışılıb

Soner Kılıç: Azərbaycan-Türkiyə turizm əməkdaşlığının genişləndirilməsi yeni iqtisadi imkanlar yaradır

Bu il su hövzələrində insanların təhlükəsizliyinin təmin olunması istiqamətində görülmüş işlər açıqlanıb