Lənkəranda Qurban bayramı münasibətilə şəhid ailələrinə bayram sovqatı paylanılıb
Bakı, 29 iyun, AZƏRTAC
Qurban bayramı münasibətilə YAP Lənkəran rayon təşkilatı tərəfindən şəhid ailələri ziyarət edilib və onlara bayram sovqatı paylanılıb.
AZƏRTAC xəbər verir ki, şəhid ailələri Qurban bayramının xalqımız və millətimiz üçün xeyirli-uğurlu olmasını arzulayıblar.
Övladlarının adlarının yaşadılması istiqamətində görülmüş bütün işləri dövlətin və ölkə başçısının şəhidlərimizə, onların ailələrinə göstərilən diqqət və qayğının əyani sübutu kimi dəyərləndiriblər.
Qeyd edək ki, ümumilikdə Qurban bayramı aksiyasında Lənkəranda 57 şəhid və 38 aztəminatlı olmaqla umumilikdə 95, Astarada isə 42 şəhid ailəyə bayram sovqatı paylanılıb.