LİVAN BMT QƏTNAMƏSİNİN LAYİHƏSİNİ RƏDD ETMİŞDİR
O bildirmişdir ki, Livan hökuməti Fransa ilə ABŞ-ın hazırladıqları qətnamənin əleyhinədir, ona görə də düzəlişlər edilmiş mətn Livanın BMT-dəki nümayəndəsinə göndərilmişdir.
Bundan əvvəl Livanın Baş naziri Fuad əs-Siniora bəyan etmişdi ki, qətnamənin mətni “BMT Təhlükəsizlik Şurasının daimi üzvlərinin qarşılarına qoyduqları məqsədlərə uyğun deyildir”.
Rəsmi məlumata görə, avqustun 5-də axşam Livan hökumətinin iclasında layihəni müzakirə etməmək və onunla bağlı səsvermənin nəticələrini gözləmək qərara alınmışdır.
Xatırladaq ki, ABŞ Livanda münaqişənin nizama salınması haqqında BMT Təhlükəsizlik Şurası qətnaməsinin Fransa tərəfindən hazırlanmış layihəsini dəstəkləməyə razılaşmışdır.
Bəzi məlumata görə, qətnamənin layihəsində “Livanda döyüş əməliyyatlarını tamamilə dayandırmağa və regionda vəziyyəti uzun müddətə sabitləşdirmək tədbirləri hazırlamağa” çağırılır. Lakin İsrail “Hizbullah” döyüşçüləri tərəfindən hücumlara məruz qalarsa, o, hərbi əməliyyatlar aparmaq hüququna malikdir. Sənəddə atəşin dərhal və qeyd-şərtsiz dayandırılması barədə tələb də yoxdur.