“Lokomotiv” klubu Tarasovun Türkiyədəki demarşını pisləyib
Bakı, 17 fevral, AZƏRTAC
“Lokomotiv” futbol klubu Avropa Liqası çərçivəsində Türkiyənin “Fənərbaxça” klubu ilə İstanbulda keçirilən qarşılaşmadan sonra üzərində Vladimir Putinin təsviri olduğu maykanı nümayiş etdirən Dmitri Tarasovun hərəkətini “yolverilməz və zərərli” adlandırıb.
AZƏRTAC Rusiyanın NTV telekanalına istinadla xəbər verir ki, Moskva klubu UEFA-nın bu məsələyə dair mövqeyini dəstəkləyib. Klub rəsmilərinin sözlərinə görə, Tarasov öz planı barədə qabaqcadan xəbər versəydi, onun qarşısı mütləq alınacaqdı. Bu insidentlə əlaqədar futbolçu şəxsi müqavilə şərtlərinə uyğun olaraq cəzalanacaq.
Bir qədər əvvəl UEFA baş vermiş faktla əlaqədar intizam təhqiqatına başlayıb. D.Tarasovu və “Lokomotiv” klubunu cərimə və diskvalifikasiya gözləyir.
Futbolçunun özü isə etdiyi hərəkətə görə peşmançılıq keçirmədiyini və aksiyanı təkrarlayacağını deyib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [16:45]
Azərbaycanı Asiya Açıq Turnirində 27 cüdoçu təmsil edəcək
- 15.10.2026 [16:31]
Klublar üçün lisenziyalaşdırma ilə bağlı təqdimatlar keçirilib
- 15.10.2026 [16:25]
“Barselona” El-Klasikoya xüsusi formalarla çıxacaq
- 15.10.2026 [15:38]
“Sabah”ın qapıçısı Çempionlar Liqasında turun rəmzi komandasına daxil edilib
- 15.10.2026 [15:18]
Lautaro Martinez Milan derbisini buraxa bilər
- 15.10.2026 [15:08]
AGF və ASA idman fizioterapiyası üzrə birgə proqram həyata keçirir
- 15.10.2026 [14:29]