Londonda Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının iyirminci ildönümü qeyd olunacaqdır
Bakı, 10 oktyabr (AZƏRTAC). Heydər Əliyev Fondu, Avropa Azərbaycan Cəmiyyəti (AAC) və ölkəmizin Böyük Britaniyadakı səfirliyinin təşkilatçılığı ilə oktyabrın 19-da Londonda Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümü
münasibətilə tədbir keçiriləcəkdir.
AAC-dən AZƏRTAC-a bildirmişlər ki, tədbirdə Londonda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri, Böyük Britaniyada yaşayan azərbaycanlılar və jurnalistlər iştirak edəcəklər.
Mərasimdə “Eurovision-2011” mahnı müsabiqəsinin qalibləri Eldar Qasımov və Nigar Camal, həmçinin məşhur “Rast” qrupu
konsert proqramı ilə çıxış edəcəklər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 31.07.2026 [20:08]
Diaspor Gənclərinin 7-ci Yay Düşərgəsinin iştirakçıları Azərbaycana gəliblər
- 27.07.2026 [15:06]
Azərbaycan Beynəlxalq Gənclər Assambleyasında təmsil olunacaq
- 24.07.2026 [15:54]
VIII “Qardaşlaşmış Qarabağ məktəbləri” Yay Düşərgəsi başa çatıb
- 22.06.2026 [23:01]