Azərbaycan Dövlət İnformasiya Agentliyi

Londonda “Çelsi” və “Arsenal”ın açıq məşqləri başa çatıb

Londonda “Çelsi” və “Arsenal”ın açıq məşqləri başa çatıb

Bakı, 24 may, AZƏRTAC

Avropa Liqasının Bakıda keçiriləcək final oyununda qarşılaşacaq “Çelsi” və “Arsenal” komandalarının açıq məşqləri başa çatıb. Hər iki klub yüksək enerji və motivasiyaya malikdir.

AZƏRTAC xəbər verir ki, “Çelsi”nin məşqçisi Maurisio Sarri komandanın oyundan əvvəl ajiotaj yaşadığını bildirir. İtaliyalı mütəxəssisin fikrincə, mayın 29-da keçiriləcək oyunun çox maraqlı olacağı gözlənilir.

O deyib: “Hər birimiz Bakıdakı finala yüksək səviyyədə hazırlaşmalıyıq. “Arsenal” həm Premyer Liqada, həm də UEFA Avropa Liqasında güclü komandadır. Fikrimcə, biz də onlardan geri qalmırıq. “Çelsi” hazırkı mövsümdə bu titulu udmağa layiqdir. “Çelsi” artıq Çempionlar Liqasına keçib, “Arsenal” isə əsas Avrokuboka düşmək üçün Avropa Liqasını qazanmalıdır. Bu səbəbdən kimsə deyə bilər ki, bizim motivasiyamız azdır, lakin “Arsenal” daha çox təzyiq hiss edəcək. Biz Çempionlar Liqasına Premyer Liqa vasitəsilə düşmək və hansısa qənimət əldə etmək istərdik. Final bizim üçün çox mühümdür. Mənə elə gəlir ki, “Çelsi” bu mövsümdə əsas mükafata layiqdir”.

“Çelsi”də bu ilin onlar üçün uğurlu olmasına şübhə etmirlər. Lakin bir mükafatın iki sahibi olması mümkün deyil.

“Çelsi”nin müdafiəçisi David Luis deyir: “Əsas mükafatı qazanmaq həm bizdə, həm də “Arsenal”da əla motivasiya yaradır. Əgər sən iri klubu təmsil edirsənsə, təzyiqdən heç yerə qaçmaq mümkün deyil. “Çelsi” həqiqətən möhtəşəm komandadır və o, təzyiq hiss edir. “Arsenal” da möhtəşəmdir və o da təzyiq hiss edir. Bizim bu titulu qazanmağa şansımız var”.

David Luis vaxtilə onun komanda yoldaşı olmuş, hazırda Bakı finalında ona qarşı oynayacaq Petr Çex barədə də danışıb: “Petr Çex çox yaxşı insandır, mənim nə vaxtsa oynadığım ən yaxşı futbolçudur. O, fantastik dərəcədə peşəkardır, “Çelsi”də onunla oynamaq adama ləzzət verirdi, çox gözəl vaxtlar idi! O, karyerası ərzində iki Avrokubok qazanıb. Mən ona gələcəkdə müvəffəqiyyətlər, karyerasında və həyatında uğurlar arzulayıram. O, buna layiqdir. Lakin bu arzular qarşıdakı matça aid deyil!”

“Çelsi”nin kapitanı Sesar Aspilikueta:

“Biz mövsümə əla başladıq, Premyer Liqada lider olduq, Liqa Kubokunun finalına çıxaraq səfər oyununda “Liverpul”a qalib gəldik. Bununla da, bu mövsümdə “Anfield” stadionunda onlara qalib gələn yeganə komanda olduq. Biz “Tottenhem”i məğlub etdik, lakin finalda bəxtimiz gətirmədi. Biz Avropa Liqasında bir çox komandaların finala çıxa bilməməsini gördük. İndi mən Bakıda əsas mükafatı qazanmaqla mövsümü inamlı notlarla başa vurmaq istərdim”.

“Çelsi”nin hücumçusu Villian:

“Biz yalnız finalı düşünməliyik. Qələbə bizim klubumuzu məşhur edəcək. Biz əsas mükafatı qazanmağa çalışmalıyıq. Bu mövsüm mənim karyeramda ən yaxşı olmasa da, bütövlükdə hər şey normaldır. Əlbəttə, mən daha yaxşı oynaya bilərəm. Bakıdakı finalda qələbə hər birimiz üçün xoş olardı”.

“Arsenal”ın baş məşqçisi Unay Emeri:

“Titulu qazanmaq çox çətindir. Biz bu turnirdə əla işlədik, ondan həzz aldıq. Düzdür, “Napoli” və “Valensiya”ya qarşı oyunlar həqiqətən də çətin idi. “Çelsi”, həmçinin möhtəşəm konsentrasiya və motivasiya nümayiş etdirdi. Fikrimcə, bu əsas mükafat hər iki komanda üçün əhəmiyyətlidir”.

Biz bu oyuna məhz milli yığma matçlarında fasilələr olduğu zamandakı kimi hazırlaşırıq. Turnirə 30 futbolçu cəlb etmişik. Bizimlə gənclər oynayır. Onlar bizim futbola öyrəşmək və liderlərlə oynamaq üçün əminlik və ritmi hiss etməlidirlər. Bu turnir onlar üçün ciddi sınaq və böyük fürsət olacaq. İndi onlar daha güclü olmaq və təcrübə qazanmaq üçün bizimlə məşğul olurlar”.

“Arsenal”ın kapitanı Loran Kosyelni:

“Bizim Premyer Liqadakı sonuncu oyunumuzla final arasında kifayət qədər böyük vaxt var, buna görə də hazırlıqlı qalmalı və güclü məşq etməliyik. Bizim yoldaşlıq matçımız olub, indi isə biz daha çox fiziki formaya fikir verir, final üçün taktika və plan üzərində işləyirik. İndi biz bütün fikrimizi oyun üzərində cəmləşdirmişik”.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Çində dinozavra bənzəyən qədim quş qalıqları tapılıb

“Politico”: Ukrayna ilə dəniz ticarəti aparan investorlar risklərlə üzləşirlər

Saloniki limanında qaçaqmalçılıq: 24 qutu silah müsadirə edildi

Danimarka Almaniya ilə sərhəddə nəzarət tədbirlərini 2027-ci ilin mayınadək uzadıb

Xalq artisti: Hər obraz aktyordan yeni bir dünya yaratmağı tələb edir

Xalq artisti Nurəddin Mehdixanlının 70 illik yubileyi qeyd olunub

Prezident İlham Əliyevin adından AQEM-in 7-ci Zirvə Görüşünün iştirakçılarının şərəfinə şam yeməyi verilib VİDEO

Cəlilabadda YAP-ın VIII Qurultayından irəli gələn vəzifələr diqqətə çatdırılıb

Müstəqilliyin möhkəmləndirilməsi və insan kapitalı: Babək rayonunda müşavirə

Prezident İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb VİDEO

Milli birlik, güclü dövlətçilik və məqsədyönlü inkişaf Azərbaycanın gələcək uğurlarının təməlidir

Strateji hədəflər və milli maraqlar – Oğuzdakı müşavirədən qeydlər

Beynəlxalq Muğam Mərkəzində konsert: Alətlərin hekayəsi – Tar nə deyir?

Prezident İlham Əliyev Özbəkistan Prezidenti ilə görüşüb  YENİLƏNİB VİDEO

Strateji inkişaf, ideoloji təhlükəsizlik və investisiya layihələri – Naxçıvanda müşavirə

İspaniyada macar qapıçı silahlı basqına məruz qalıb

Macarıstanın Baş naziri bu həftə Zelenski ilə görüşməyi planlaşdırır

İstanbulda güclü leysan: yolları su basdı, dərslər təxirə salındı, matç yarımçıq qaldı

Kəlağayı – milli irsimizin yaşadılan ənənəsi

“Qarabağda gənclər üçün yeni imkanlar və inkişaf perspektivləri” - panel görüşü

Rəşid Nurumov: Heydər Əliyev Mərkəzi müasir memarlığın möhtəşəm nümunəsidir

Qəbələdə müşavirə: YAP-ın VIII Qurultayının hədəfləri diqqət mərkəzində olub

Ukraynanın Lutsk şəhərinə dronla zərbə endirilib: 6 ölü, 13 yaralı

Gürcüstan hökumətinin nümayəndələri Aİ-nin forumunda iştirak etməyəcəklər

Göygöldə dövlət siyasətinin yerli səviyyədə icrası ilə bağlı müvafiq tapşırıqlar verilib

Belarus Milli Assambleyasının Nümayəndələr Palatasının sədri Ağdamda olub

Maliyyə Nazirliyinin nümayəndə heyəti BVF və Dünya Bankı Qrupunun illik toplantılarında iştirak edir

Bu saata olan əsas xəbərlər

“Lufthansa” Portuqaliyanın TAP aviaşirkətinə ortaq olur

“Rebuild Garabagh-2026” sərgisi işə başladı: Qarabağ Dirçəliş Fondu öz stendi ilə iştirak edir

YAP-ın VIII Qurultayının prioritetləri: AzTU-da müşavirə təşkil edilib

Güclü dövlətçilik və vətənpərvər gənclik gələcək inkişafımızın əsas dayaqlarıdır

Qətər Dövlətinin Əmiri Azərbaycana səfərə gəlib

İrana Qasımova: Nizami yaradıcılığında poetik sözün gözəlliyi fəlsəfi məzmundan ayrılmazdır

Balakəndə YAP-ın VIII Qurultayına həsr olunmuş müşavirə təşkil edilib

Maliyyə təhlükəsizliyi: X nəslinin ehtiyatı, Z nəslinin azadlıq axtarışı - TƏHLİL

Məktəblərdə dünyəvilik və müasirlik prinsiplərinin qorunması vacibdir - Bədirxan Əhmədli

Prezident İlham Əliyevin İsrail Prezidenti ilə görüşü olub VİDEO

Prezident İlham Əliyev Bəhreynin xarici işlər nazirini qəbul edib VİDEO

ƏMAS-da əməyin mühafizəsi üzrə ayrıca bölmə yaradılacaq

Prezident İlham Əliyev Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvünü qəbul edib VİDEO

Prezident İlham Əliyev YAP-ın VIII Qurultayındakı nitqində ölkəmizin inkişafı ilə bağlı prioritetləri müəyyən edib

Prezident İlham Əliyev Vyetnamın Vitse-prezidenti ilə görüşüb VİDEO

Prezident İlham Əliyev Şri-Lankanın xarici işlər, xarici məşğulluq və turizm nazirini qəbul edib VİDEO

Vahid geyim, səliqəli görünüş, ortaq məsuliyyət VİDEO

Vahid geyim, səliqəli görünüş, ortaq məsuliyyət VİDEO

AAYDA-da YAP-ın VIII Qurultayından irəli gələn vəzifələr müzakirə olunub

Füzulidə dövlətimizin başçısının proqram xarakterli nitqindən irəli gələn tapşırıqlar diqqət mərkəzindədir

Bakı Limanı və Qazaxıstan limanları arasında əməliyyatların koordinasiyası gücləndirilə bilər

“İmişli” komandasına müvəqqəti baş məşqçi təyin olunub

Özbəkistanda uşaqlara qarşı zorakılığa görə cəzalar sərtləşdirilib

Məktəblərdə vahid geyim forması dünyəvi təhsil prinsipinin qorunmasına xidmət edir - RƏY

Rusiyalı turist: Kəlağayı yürüşü özünəməxsusluğu və milli koloriti ilə diqqətimizi cəlb etdi

Dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramı üzrə hədəf göstəriciləri müəyyənləşdirilib

Hörmüzdə təhlükəsizlik risklərinin artması Yaxın Şərqdən neft və neft məhsulları ixracına yenidən təzyiq göstərir

“Mançester Siti”nin keçmiş futbolçusu Qətər klubuna keçib

Milli dəyərlər, ideoloji təhlükəsizlik və inkişaf hədəfləri - Beyləqanda müşavirə keçirilib

Kənd Təsərrüfatı Nazirliyi 6-cı “Rebuild Garabagh” sərgisində təmsil olunur

“Şahinlərin Görüşü-2026” müştərək taktiki-uçuş təlimi davam edir VİDEO

“Şahinlərin Görüşü-2026” müştərək taktiki-uçuş təlimi davam edir VİDEO

Nyu-Yorkda “İrəvan tarixi sənədlərin dili ilə” kitabının ingilis dilində nəşrinin təqdimatı keçirilib

ATO rəhbəri: Müdafiə sənayesi dövlətlərin texnoloji müstəqilliyinin əsasını təşkil edir

Dmitri Şeqolev: Bakı çox rahat və eyni zamanda sürətlə inkişaf edən şəhərdir

“Rebuild Garabagh” sərgisi çərçivəsində “Qarabağ Hakatonu 2026” yarışması təşkil olunub

Prezident İlham Əliyevin YAP-ın Qurultayındakı nitqindən irəli gələn məsələlər Tovuzda müzakirə olunub

QHT sədri: Kəlağayı yürüşü milli irsimizi yaşatmaq və gələcək nəsillərə ötürmək məqsədi daşıyır VİDEO

QHT sədri: Kəlağayı yürüşü milli irsimizi yaşatmaq və gələcək nəsillərə ötürmək məqsədi daşıyır VİDEO

Baş nazir: İraq region ölkələrinə hücumlar üçün ərazisindən istifadəyə icazə verməyəcək

Özbəkistan Prezidenti Azərbaycanda səfərdədir

Daş heykəllər: Dmanisidəki qoç heykəlləri nədən xəbər verir... REPORTAJ

® “Rabitəbank” 2026-cı ilin III rübü üzrə maliyyə nəticələrini açıqlayıb

ABŞ-nin addımı Avropanı ciddi düşünməyə vadar edib

Arzu Hacıyeva: Güclü dövlət birlik, həmrəylik və resursların ədalətli bölüşdürülməsi əsasında qurulur MÜSAHİBƏ

Vaqif Abışov: Məktəbli forması tələblərinə əməl olunması sağlam təhsil mühitinin vacib şərtidir

Naxçıvanda yaradıcılıq müsabiqələrinin qalibləri mükafatlandırılıb

Şərqşünaslıq İnstitutunda elmi konfrans - “Söz mülkünün Xaqanı”

Tacikistan Prezidenti Azərbaycana səfərə gəlib

Cəbrayılın Şükürbəyli kəndində əmək yarmarkası təşkil olunub

18 yaşında yazılan şəhidlik dastanı...

Qara Qarayevin əsəri İsveç musiqi məktəbinin repertuarına daxil edilib – EKSKLÜZİV

® “AccessBank” 2026-cı ilin 3-cü rübünün sonuna olan maliyyə hesabatını açıqlayır

Qırğızıstan Prezidenti AQEM-in Zirvə Toplantısında iştirak etmək üçün Azərbaycana səfərə gəlib

Beynəlxalq dil imtahanlarında uğurun sirləri: tələbələrə bu barədə tövsiyələr verilib

® “Azercell”in dəstəyi ilə Bakıda “AWS Agentic Football Cup” - süni intellekt komandaları arasında virtual futbol turniri keçiriləcək

Bakıda Azərbaycan və Kamboca Baş nazirlərinin görüşü olub

AQEM-in 7-ci Zirvə Görüşündə qəbul ediləcək qərar və bəyanat layihələri nəzərdən keçirilib

Buxarada “Arşın mal alan” operettası nümayiş etdirilib

Kazım Abdullayev: Şagirdlər təhsil müəssisəsinin daxili qaydalarına riayət etməlidirlər

“Şəki” ES-də indiyədək istehsal edilən elektrik enerjisinin həcmi açıqlanıb

BDU-da “Diplomatiya saatı”: XİN-in xüsusi tapşırıqlar üzrə səfiri ilə görüş

Cəzaçəkmə müəssisələrində peşə təhsilinin keyfiyyəti: ilkin layihə hazırlanıb

Qırğızıstan XTQ-nin nümayəndə heyəti Azərbaycana səfər edib

“Arsenal” klubu 60-a yaxın iş yerini ixtisar etməyi planlaşdırır

Qazaxıstan Prezidentinin Azərbaycana səfəri başlayıb

Türk general: Türkiyə-Azərbaycan münasibətlərinin gücü fərqli milli təcrübələrə hörmətdə və ortaq maraqların qorunmasındadır

“Təhsilalanların hüquq bələdçisi” layihəsi davam edir

BDU-da professor Misir Mərdanovun 80 illik yubileyi qeyd olunub

Azərbaycan Almatıdakı inklüziv və dayanıqlı iqtisadi artımın təşviqi ilə bağlı seminarda təmsil olunub

Azərbaycan və Laos arasında münasibətlərin ən güclü tərəfləri qarşılıqlı siyasi etimaddır ŞƏRH

® "Bir”dən sahibkarlar üçün güzəştlər: “Biznesdə birlikdə” proqramına müraciət üçün tələsin

Əlilliyi olan şəxslərin bank xidmətlərindən istifadəsi imkanları diqqətdədir

Kristof Leribo: Luvr təmir olunmasa, bağlanmalı olacaq

Milli-mənəvi dəyərlər, tolerantlıq və dünyəvilik - Azərbaycanın davamlı inkişafının əsası