Lyubov Uspenskaya Rusiya vətəndaşlığı alıb
Bakı, 17 mart, AZƏRTAC
Müğənni Lyubov Uspenskaya Rusiya vətəndaşlığı alıb.
AZƏRTAC xəbər verir ki, bu barədə TASS informasiya agentliyi müğənniyə istinadla məlumat yayıb.
Müğənni, həmçinin “Gücüm mənimlədir” adlı albom buraxmağa hazırlaşır. L.Uspenskayanın mətbuat xidmətinin məlumatına görə, albom yazda çıxacaq. Müğənni özü qeyd edib ki, albomun adı onun Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin rəsmi təmsilçisi Mariya Zaxarovanın yazdığı şeirə bəstələdiyi mahnının adı ilə üst-üstə düşür: “O, həmçinin mənə fevralın 24-də “Crocus City Hall”da keçirilmiş yubiley konsertimi belə adlandırmağı məsləhət gördü. Mən razılaşdım, çünki bu, həqiqətən çox parlaq bir addır və bu gücün nə olduğunu düşünməyə sövq edir”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [17:03]
“Apple” tarixdə bazar dəyəri 5 trilyon dolları ötən ikinci şirkət olub
- 15.10.2026 [16:58]
Ankarada COP31 ərəfəsində iqlim forumu keçirilir
- 15.10.2026 [16:45]
Almaniyada Bundestaqın deputatının toxunulmazlığı ləğv edilib
- 15.10.2026 [16:03]