Macarıstan hökumətinin Rusiya ilə bağlı siyasəti dəyişə bilər
Budapeşt, 10 aprel, AZƏRTAC
ABŞ Prezidenti Donald Trampın Ukrayna üzrə sülh strategiyasının bir hissəsi olacağı təqdirdə Budapeşt Qərbin sanksiyalarını dəstəkləyə bilər.
AZƏRTAC xəbər verir ki, bunu Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto Londonda Kral Birləşmiş Xidmətlər İnstitutunun (RUSI) analitik mərkəzində çıxışı zamanı deyib.
Diplomat qeyd edib ki, əgər Donald Tramp Rusiya ilə atəşkəsə razılıq əldə edilmədiyi halda Kremlə təzyiq vasitəsi kimi sanksiyalardan istifadə edərsə, Macarıstan bu tədbirləri dəstəkləyə bilər.
Onun sözlərinə görə, Avropa İttifaqının əvvəllər tətbiq etdiyi sanksiyalar “absurd” və “uğursuz” olub, iqtisadi baxımdan isə Rusiyadan daha çox Avropaya ziyan vurub.
“Bizim gələcək qərarlarımız gələcəkdə üzləşəcəyimiz şəraitdən asılı olacaq”, – deyə Peter Siyarto əlavə edib.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Budapeşt
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [18:04]
Amur vilayətində Tu-95 hərbi təyyarəsi qəzaya uğrayıb
- 29.09.2026 [17:05]
Dubayda ilk dəmir yolu stansiyası açılıb
- 29.09.2026 [16:51]
Yunanıstan qida tullantılarının həcminə görə Aİ-də üçüncü yerdədir
- 29.09.2026 [16:40]