MADONNA ROMA PAPASINI KONSERTƏ DƏVƏT EDİR
Müğənni özünün “Konfeşns” (“Tövbə”) musiqili şousunda dekorasiya kimi işıq saçan xaçdan istifadə etməsi ilə əlaqədar Vatikanın narazılığına bu dəvətlə cavab vermişdir. Madonna kompozisiyalarından birini xristian dininin rəmzində “çarmıxa çəkilmiş” halda ifa edir.
Kardinallardan biri Papanın adından çıxış edərək bildirmişdir: “Bu konsert küfrbazlıq və xaçın murdarlanması deməkdir. Madonnanı kilsədən uzaqlaşdırmaq lazımdır. Özünü Papalar və əzabkeşlər şəhərində çarmıxa çəkmək aşkar düşmənçilik hərəkətidir”.
Lakin Madonnanın mətbuat katibi əmin olduğunu bildirmişdir ki, konsert Papanın xoşuna gələcək və o, ifaçını alqışlayacaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [16:03]
Çinin xarici ticarətinin barometri olan Kanton sərgisi başlayıb
- 15.10.2026 [15:43]
Qırğızıstanda neft məhsullarının istehsalı 1,9 dəfə artıb
- 15.10.2026 [15:25]