Magistratura seçimi edən namizədlər üçün UNEC-də onlayn görüş
Bakı, 30 iyun, AZƏRTAC
Magistraturaya ixtisas seçimi edən namizədləri Azərbaycan Dövlət İqtisad Universitetindəki (UNEC) ixtisaslar, tədris prosesi, eləcə də UNEC-in təqdim etdiyi təhsil üstünlükləri ilə tanış etmək məqsədilə feysbuk üzərindən canlı yayımlar keçiriləcək.
UNEC-dən AZƏRTAC-a bildirilib ki, namizədlər iyunun 30-u saat 15-də MBA proqramı (56-ci proqram), saat 19-da isə texniki və texnoloji ixtisasların 4, 14, 19, 20, 21, 23, 53, 72-ci proqramları üzrə UNEC-in təqdim etdiyi təhsil imkanları ilə tanış ola bilərlər. Canlı yayım zamanı namizədlər onları maraqlandıran sualları da ünvanlaya biləcəklər.
Canlı yayım UNEC-in rəsmi feysbuk səhifəsində (https://www.facebook.com/unecedu) olacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [15:42]
BDU-da təlim: “Müəllim-tələbə dialoqu: rəqəmsal alətlər”
- 15.10.2026 [14:50]
Kollec tələbələri Keşikçidağ Kurqanlar Vadisini ziyarət ediblər
- 15.10.2026 [14:42]
Pakistanın Misirdəki səfiri azərbaycanlı tədqiqatçı-alimi təltif edib
- 15.10.2026 [14:26]