“MAHİR NİŞANÇI” XOCALI FACİƏSİNİN İLDÖNÜMÜNDƏ MÜƏYYƏN OLMUŞDUR
Bakı, 26 fevral (AZƏRTAC). 1nömrəli texniki İdman cəmiyyətinin həyətində Xocalı faciəsinin 17-ci ildönümü münasibətilə Gənclər və İdman Nazirliyi tərəfindən respublikanın ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri arasında güllə atıcılığı üzrə “Mahir nişançı” turniri keçirilmişdir.
Turnirin əsas məqsədi XX əsrdə Azərbaycan xalqına qarşı erməni millətçiləri tərəfindən törədilmiş soyqırımı qurbanlarının xatirəsini yad etmək, ölkəmizin ərazi bütövlüyünün təmin olunması istiqamətində gəncləri hərbi vətənpərvərlik ruhunda tərbiyə etmək, onlarda hərbi vərdişlərin inkişafını təmin etməkdir.
Tədbirin keçirilməsinin digər bir səbəbi isə gənclərin ordu sıralarında hərbi xidmət keçmə hazırlığının yüksəlməsinə kömək göstərməklə bərabər, onlar arasında güllə atııcılğı idman növünün geniş təbliğ edilməsinə şərait yaratmaqdır.
Yarışda 1-ci yerə Azərbaycan Bədən Tərbiyəsi və İdman Akademiyasının komandası layiq görülmüşdür. 2-ci yeri Lənkəran Dövlət Universitetinin, 3-cü yeri isə Azərbaycan Memarlıq və İnşaat Universitetinin komandaları tutmuşlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 14.10.2026 [13:20]
“Vilyarreal”ın qapıçısı silahlı basqın səbəbindən “Napoli” ilə oyunu buraxıb
- 14.10.2026 [13:05]
“Barselona” tarixi rekordu təkrarlayıb
- 14.10.2026 [12:45]