Mahmud Erol Kılıç: inanıram ki, Azərbaycan xalqı ən yaxşı seçimini edəcək
Bakı, 11 aprel, AZƏRTAC
Bu gün getdiyim seçki məntəqələrinin hamısında səsvermə prosesi normal davam edir. Hər hansı nöqsan müşahidə olunmayıb. Ümidvarıq ki, bu seçki Novruz bayramı günlərinin ardınca Azərbaycan xalqına daha bir sevinc, rifah gətirəcək. İnanıram ki, Azərbaycan xalqı ən yaxşı seçimini edəcək.
Bu sözləri 20 saylı Nərimanov II seçki dairəsinin 16 saylı seçki məntəqəsində səsverməni müşahidə edən İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin Parlament İttifaqının baş katibi, professor Mahmud Erol Kılıç AZƏRTAC-a müsahibəsində deyib.
Beynəlxalq müşahidəçi qeyd edib ki, seçkilərin təşkilində Azərbaycan texnoloji cəhətdən ən mükəmməl vasitələri tətbiq edir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [16:38]
“Azərbaycan parlamentarizmi tarixində qadınlar”: dünəndən bu günə YENİLƏNİB
- 05.10.2026 [11:17]
Hüquqi yardım alan şəxslərin hüquq və vəzifələri müəyyənləşdirilir
- 05.10.2026 [11:03]
Pulsuz hüquqi yardım haqqında yeni qanun layihəsi hazırlanıb
- 03.10.2026 [20:32]
Milli Məclisin sədri Sahibə Qafarova Tanzaniyada işgüzar səfərdədir
- 03.10.2026 [19:05]