“Mançester Yunayted” Ante Rebiç və İvan Perisiç üçün 104 milyon avrosundan keçməyə hazırdır
Bakı, 18 iyul, AZƏRTAC
İngiltərənin “Mançester Yunayted” klubu İtaliyanın “İnter” və Almaniyanın “Ayntraxt” klubunun oyunçularını transfer etmək niyyətindədir.
AZƏRTAC xəbər verir ki, söhbət Ante Rebiç və İvan Perisiçdən gedir.
“Mançester Yunayted” klubunun baş məşqçisi Joze Maurinyo dünya çempionatından sonra hər iki oyunçunun mundialı yüksək səviyyədə keçirdiyi üçün heyətə qatmaq qərarına gəlib.
Hər iki futbolçuya görə, “Mançester Yunayted” 104 milyon avro ödəməyə hazırdır.
“Transfermarkt” Perisiçi 45 milyon, Rebiçi isə 30 milyon dəyərləndirir.
Rusiyada keçirilən dünya çempionatında İvan Perisiç 3 qolla, Ante Rebiç isə 1 qolla və 2 məhsuldar ötürmə ilə yadda qalıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [15:25]
İbrahimoviç ad günündə özünə bahalı “Ferrari” hədiyyə edib
- 05.10.2026 [14:50]
Azərbaycan karateçiləri beynəlxalq yarışlarda üç medal qazanıblar
- 05.10.2026 [14:05]