“Mançester Yunayted”in yeni baş məşqçisi məlum olub
Bakı, 29 oktyabr, AZƏRTAC
İngiltərənin “Mançester Yunayted” komandasının yeni baş məşqçisi məlum olub.
AZƏRTAC xəbər verir ki, bu barədə tanınmış insayder Fabritsio Romano məlumat yayıb. Onun sözlərinə görə, “qırmızı-şeytanlar”a hazırda Portuqaliyanın “Sportinq” ( Lissabon) komandasının sükanı arxasında olan Ruben Amorim başçılıq edəcək. Klublar təzminat məbləği ilə bağlı danışıqları davam etdirirlər.
R.Amorim 2020-ci ilin martından "Sportinq"də işləyir.
Qeyd edək ki, “Mançester Yunayted” ötən gün niderlandlı mütəxəssis Erik ten Haqla yollarını ayırıb. Komanda müvəqqəti olaraq Ruud Van Nistelroya tapşırılıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [15:25]
İbrahimoviç ad günündə özünə bahalı “Ferrari” hədiyyə edib
- 05.10.2026 [14:50]
Azərbaycan karateçiləri beynəlxalq yarışlarda üç medal qazanıblar
- 05.10.2026 [14:05]