MASALLIDA BƏDƏN TƏRBİYƏSİ VƏ İDMAN GÜNÜNƏ HƏSR OLUNMUŞ MƏRASİM KEÇİRİLMİŞDİR
Masallı, 6 mart (AZƏRTAC). Masallı Olimpiya İdman Kompleksində bədən tərbiyəsi və idman gününə həsr olunmuş mərasim keçirilmişdir.
Tədbirdə rayon icra hakimiyyətinin başçısı Qəzənfər Ağayev əlamətdar gün münasibətilə rayonun idmançılarını, bədən tərbiyəsi müəllimlərini və məşqçiləri təbrik etmiş, ölkəmizdə idmanın inkişafı və onun maddi-texniki bazasının möhkəmləndirilməsinə göstərdiyi qayğıya görə Prezident İlham Əliyevə minnətdarlığını bildirmişdir.
Rayon gənclər və idman idarəsinin rəisi Camal Manafov 2008-ci ildə rayon idmançılarının qazandığı uğurlar barədə məlumat vermişdir.
Veteran idmançılar və ötən il idman sahəsində nailiyyətlər qazanmış idmançı-gənclərin bir qrupu qiymətli hədiyyələrlə mükafatlandırılmışdır.
Gənclər idmanın müxtəlif növləri üzrə bacarıqlarını nümayiş etdirmişlər.
Tədbir konsert proqramı ilə başa çatmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 14.10.2026 [16:12]
Azərbaycanın boks yığması komanda hesabında Avropa üçüncüsü olub
- 14.10.2026 [15:04]
Futzal üzrə Azərbaycan millisinin oyununa hakim təyinatları açıqlanıb
- 14.10.2026 [13:20]
“Vilyarreal”ın qapıçısı silahlı basqın səbəbindən “Napoli” ilə oyunu buraxıb
- 14.10.2026 [13:05]