MASALLIDA TƏHSİLLƏ BAĞLI PROBLEMLƏR MÜZAKİRƏ OLUNMUŞDUR
AZƏRTAC xəbər verir ki, Masallı Rayonu İcra Hakimiyyəti, Təhsil Nazirliyi və Milli Məclisin deputatı Elmira Axundovanın təşəbbüsü ilə Boradigah qəsəbəsinin Nizami Gəncəvi adına orta məktəbində təhsil sahəsindəki problemlərə və onların aradan qaldırılması yollarına həsr edilmiş görüş-müşavirə keçirilmişdir.
Tədbirdə rayon təhsil şöbəsinin müdiri Nurəddin Məlikov, RİH başçısının müavini Ələşrəf Niftiyev, nazirliyin məsul işçisi Əhliyyət Adıgözəlov, məktəb direktorları və müəllimlər rayonda təhsildə əldə edilmiş uğurlardan danışmış, bu sahədə bəzi problemləri, onları doğuran səbəbləri diqqətə çatdırmışlar. Bu problemlərin çoxunun yerlərdə - məktəb, valideyn, ictimaiyyət və iş adamlarının qüvvəsindən istifadə etməklə həllinin mümkünlüyü qeyd olunmuşdur.
Milli Məclisin deputatı Elmira Axundova Prezident İlham Əliyevin respublikamızda təhsil sahəsinin inkişafına göstərdiyi diqqət və qayğıdan danışmış, rayonun bir sıra məktəblərində müşahidə etdiyi vəziyyətlə bağlı fikirlərini iştirakçılarla bölüşmüş, qaldırılmış məsələlərin həlli istiqamətində yardımçı olacağını vurğulamışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.08.2023 [11:22]
Balaca bir damcı hər şeyi dəyişəcək: nanosensor istehsalında inqilab
- 03.08.2023 [04:43]
Böyük Britaniyada ilk dronlu poçt texnologiyası sınaqdan keçirilib
- 29.07.2023 [12:15]