Mayamidə Formula 1 yarışlarının keçirilməsi barədə qərar avqust ayınadək təxirə salınıb
Bakı, 20 iyul, AZƏRTAC
Mayami şəhərinin hakimiyyət orqanları Formula 1 yarışlarının keçirilməsi barədə qərarı avqust ayınadək təxirə salıblar.
AZƏRTAC “Maiami Herald”a istinadla xəbər verir ki, əvvəlcə komissiyanın iclası iyulun 26-na planlaşdırılmışdı. Amma fakt üzrə müzakirələr yalnız avqustda - şəhər komissiyasının bütün üzvləri məzuniyyətdən qayıdandan sonra aparıla bilər.
Mayaminin siti-meneceri Emilio Qonsalesin sözlərinə görə, Formula 1-in Mayami mərhələsini 2019-cu il mövsümündə keçirmək qərarı qüvvədədir. Amma şəhər rəhbərliyi məsələni bir daha müzakirə etmək və bu qərarın düzgünlüyünə əmin olmaq istəyir. İlkin məlumata görə, Formula 1-in Mayami mərhələsi 2019-cu ilin oktyabrında keçirilə bilər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [15:25]
İbrahimoviç ad günündə özünə bahalı “Ferrari” hədiyyə edib
- 05.10.2026 [14:50]
Azərbaycan karateçiləri beynəlxalq yarışlarda üç medal qazanıblar
- 05.10.2026 [14:05]