MDB ÖLKƏLƏRİ SƏRHƏD QOŞUNLARI KOMANDANLARI ŞURASI TERRORİZMLƏ MÜBARİZƏ PROQRAMLARININ MALİYYƏLƏŞDİRİLMƏSİNİ DƏSTƏKLƏMİŞDİR
Birlik ölkələri Sərhəd Qoşunları Komandanları Şurasının martın 12-də Bişkekdə başa çatmış 46-cı iclasının iştirakçıları 2003-2004-cü illərdə beynəlxalq terrorizmlə, narkotik maddələrin qanunsuz dövriyyəsi və cinayətkarlıqla birgə mübarizə üzrə dövlətlərarası proqramların maliyyələşdirilməsini yekdilliklə dəstəkləmişlər. Bunu yekun mətbuat konfransında Birliyin üzvü olan ölkələrin sərhəd qoşunları komandanlarının əlaqələndirmə şurası aparatının başçısı Vitali Qritsian açıqlamışdır.
İnterfaksın məlumatına görə, Vitali Qritsian bildirmişdir ki, iclasda yeddi əsas məsələ, o cümlədən Komandanlar Şurasının müvafiq proqramları həyata keçirməsi məsələsi müzakirə olunmuşdur.
Bu proqramların dəstəklənməsi MDB ölkələrinin sərhəd xidmətlərinə qanunsuz mühacirətin qarşısının alınması və narkotik maddələrin daşınması ilə mübarizə üzrə operativ və inzibati tədbirləri davam etdirmək imkanı verəcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [17:46]
Azərbaycan QHT-ləri ABŞ Nümayəndələr Palatasına məktub ünvanlayıb
- 16.06.2026 [17:26]
Milli Məclisin növbəti iclasının vaxtı və gündəliyi açıqlanıb
- 16.06.2026 [16:39]
Baş nazir Əli Əsədov Özbəkistan Prezidenti Şavkat Mirziyoyevlə görüşüb
- 16.06.2026 [15:24]
Azərbaycan ilə Müqəddəs Taxt-Tac arasında münasibətlər inkişaf etdirilir
- 16.06.2026 [14:56]
Türk ekspert: Şuşa Bəyannaməsi təhdidlərə qarşı səmərəli mexanizmdir
- 16.06.2026 [14:04]