Media: “OpenAI” təşkilatı İlon Maska qarşı əks-iddia qaldırıb
Bakı, 10 aprel, AZƏRTAC
ABŞ-ın “OpenAI” kompaniyası Kaliforniya ştatının Federal Məhkəməsində İlon Maska qarşı əks-iddia qaldırıb və onu gələcəkdə sahibkarın kommersiyalaşma ilə bağlı “hər hansı qeyri-qanuni və ədalətsiz hərəkətlərindən” qorumağı tələb edib.
AZƏRTAC “Reuters” agentliyinə istinadla xəbər verir ki, “ChatGPT” çat-botunu yaradan şirkətin iddiasına görə, İlon Mask “OpenAI” təşkilatına zərər vurmaq üçün media hücumları və sahibkarın nəzarətində olan 200 milyondan çox izləyiciyə malik “X” sosial media platforması da daxil olmaqla əlində olan hər vasitəni işə salıb. “OpenAI” milyarderin vurduğu zərərə görə cavabdehlik daşımasını tələb edir.
Bundan əvvəl Kaliforniya məhkəməsi Maskın “OpenAI” və onun rəhbəri Sem Altmana qarşı kommersiyalaşma ilə bağlı vəsatətini rədd etmişdi.
İlon Mask 2024-cü ilin martında “OpenAI” və Sem Altmana qarşı iddia qaldırıb. Amerikalı milyarder şirkətin mənfəət məqsədilə ABŞ-ın texnologiya nəhəngi “Microsoft” tərəfindən dəstəklənən kommersiya təşkilatına çevrilməsinə qarşıdır. Maskın fikrincə, bu, onun 2015-ci ildə həmtəsisçi kimi imzaladığı müqaviləyə ziddir.
Qeyd edək ki, İlon Mask Sem Altman, İlya Sutskever, Qreq Brockman və başqaları ilə birlikdə 2015-ci ilin dekabrında “OpenAI” kompaniyasını təsis edib. 2018-ci ildə kompaniyadan ayrılan sahibkar 2023-cü ildə “xAI” adlı süni intellekt startapını qurub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [22:22]
Dağıstanda magistral qaz kəmərində güclü partlayış baş verib
- 09.06.2026 [22:13]
Avropa İttifaqı Əlcəzairin bir aviaşirkətinə uçuş qadağası tətbiq edib
- 09.06.2026 [21:01]
Tramp: ABŞ İran tərəfindən helikopterin vurulmasına cavab verməlidir
- 09.06.2026 [20:17]
Şahzadə Diananın mindiyi avtomobil hərracda rekord qiymətə satılıb
- 09.06.2026 [20:02]
Londondakı hökumət binasında gizli kamera aşkarlanıb
- 09.06.2026 [19:10]