Məktəblər arasında şahmat üzrə respublika çempionatının final mərhələsi start götürüb
Bakı, 23 may, AZƏRTAC
Mayın 23-də məktəblər arasında respublika çempionatının proqramına uyğun olaraq, şahmat idman növü üzrə yarışların final mərhələsinə start verilib.
AZƏRTAC xəbər verir ki, beş gün davam edəcək oyunlarda zona yarışlarında birinci və ikinci yerləri tutan komandalar mübarizə aparırlar.
Məktəblər arasında respublika çempionatı Təhsil, Gənclər və İdman nazirlikləri, Milli Olimpiya Komitəsi, Azərbaycan Məktəb İdmanları Federasiyası tərəfindən imzalanmış birgə əmrə əsasən keçirilir.
2018-2019-cu tədris ili ərzində keçirilən çempionatda Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən rayon və şəhər ümumtəhsil müəssisələrinin komandaları şahmat, atletika, voleybol və basketbol idman növləri üzrə mübarizə aparırlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [13:11]
AFFA-da 5 ulduz sertifikatlaşdırma modelinin ilkin təqdimatı baş tutub
- 16.06.2026 [12:54]
Avarçəkmə və kanoe üzrə açıq Bakı birinciliyi start götürəcək
- 16.06.2026 [12:46]
“Şəfa” Elnur Cəfərovla müqavilə müddətini uzadıb
- 16.06.2026 [12:40]
Azərbaycanın stolüstü tennisçisi Çində hazırlıq keçəcək
- 16.06.2026 [12:12]
Tunis millisinə yeni baş məşqçi təyin olunub
- 16.06.2026 [12:05]
Toral Bayramov: Portuqaliya millisi dünya çempionatındakı favoritimdir
- 16.06.2026 [11:50]
Bakıda keçiriləcək UFC turnirinə 67 ölkədən biletlər alınıb
- 16.06.2026 [11:22]