Məktəblilər bərk məişət tullantılarının düzgün idarə edilməsi ilə bağlı maarifləndirilib
Bakı, 4 aprel, AZƏRTAC
“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində Azərbaycan Dövlət Pedaqoji Universitetinin Gənc Məzunlar Assosiasiyasının təşkilatçılığı, “Təmiz Şəhər” ASC-nin dəstəyi ilə Bakı şəhəri Məmməd Rahim adına 7 nömrəli tam orta məktəbdə bərk məişət tullantılarının düzgün idarə edilməsi ilə bağlı maarifləndirici təlim keçirilib.
Bu barədə AZƏRTAC-a ADPU-dan bildirilib. Şagirdlərlə görüşdə tullantıların çeşidlənərək toplanmasının əhəmiyyəti vurğulanıb, onları maraqlandıran suallar ətrafında fikir mübadiləsi aparılıb. Həmçinin şagirdlərə bərk məişət tullantılarının düzgün idarə edilməsi ilə bağlı maarifləndirici bukletlər paylanılıb.