Azərbaycan Dövlət İnformasiya Agentliyi

“Mənim səsim” Seçki Monitorinq Koalisiyası: Növbədənkənar parlament seçkiləri şəffaf və ədalətli olub

Bakı, 2 sentyabr, AZƏRTAC

Seçki günü müşahidə apardığımız 70 seçki dairəsi üzrə məntəqələrdə gördüklərimiz əsasında deyə bilərik ki, sentyabrın 1-də keçirilən növbədənkənar parlament seçkiləri şəffaf və ədalətli olub.

AZƏRTAC xəbər verir ki, bu fikirlər “Mənim səsim” Seçki Monitorinq Koalisiyasının sentyabrın 1-də Azərbaycan Respublikasında keçirilmiş növbədənkənar parlament seçkilərinin səsvermə gününün müşahidəsi ilə bağlı bəyanatında yer alıb.

Qeyd olunub ki, üç qeyri-hökumət təşkilatının – “Dilarə Əliyeva adına Azərbaycan Qadın Hüquqlarını Müdafiə Cəmiyyəti”, “Beynəlxalq İnsan Hüquqları Cəmiyyətinin Azərbaycan Milli Bölməsi”, “İnsan Hüquqları və Qanunçuluğun Müdafiəsi” İctimai Birliyinin təsis etdiyi “Mənim səsim” Seçki Monitorinq Koalisiyası Azərbaycanda növbədənkənar parlament seçkilərinin elan edildiyi gündən seçki proseslərini fasiləsiz monitorinq edir. Koalisiyanın işində tanınmış professor, sosioloq Əhməd Qəşəmoğlu və siyasi ekspert Adəm İsmayıl Bakuvi də yaxından iştirak edir.

Koalisiya seçki prosesinə güclü ictimai nəzarəti təmin etməklə, prosesin gedişatı barədə ictimaiyyəti davamlı şəkildə məlumatlandırır. Seçki gününə qədər Koalisiya seçki dairələri və məntəqələri üzrə seçki müşahidəçilərini müəyyən edib, onlara peşəkar təlimlər keçib. Koalisiya seçki gününə qədər namizədlərlə, xarici müşahidəçilərlə, o cümlədən ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Ofisinin seçki missiyası ilə görüşlər keçirib, davamlı məlumat mübadiləsi aparıb, zəruri qeydlər götürüb, izləmələr, müşahidələr və təhlillər əsasında aralıq hesabat hazırlayıb, ictimaiyyətə açıqlayıb.

Aralıq hesabatda qeyd olunduğu kimi, respublikanın heç yerində imzatoplama prosesində namizədliyini irəli sürən şəxslərə maneçilik törədilməyib. Koalisiya üzvləri ilə görüşlərdə namizədliyini irəli sürən, amma MSK tərəfindən qeydə alınmayan şəxslər tərəfindən bildirilən məlumatlara görə, iradlar əsasən sənədləşmədəki qüsurlarla bağlı olub.

Bildirilib ki, seçki günü “Mənim səsim” Seçki Monitorinq Koalisiyası beynəlxalq standartlara uyğun seçki müşahidəsi aparıb. Koalisiyanın 533 nəfər seçki müşahidəçisi tərəfindən Qarabağ və Şərqi Zəngəzur, Naxçıvan Muxtar Respublikası daxil olmaqla, respublikanın bütün ərazisində, seçki dairələrinin ümumi sayının 56 faizini təşkil edən 70 seçki dairəsində müşahidə aparılıb. Müşahidəçilərin içərisində qadınlar və gənclər üstünlük təşkil edib.

Qeyd olunub ki, seçki günü peşəkar müşahidəçilərdən toplanmış bütün məlumatlar, qeydlər Koalisiyaya cəlb edilmiş ekspertlərin də iştirakı ilə ətraflı təhlil olunur.

İlkin olaraq qeyd edirik ki, seçkiöncəsi namizədlər arasında mediada debatların olmaması, parlament seçkiləri mövzusunda diskussiyaların azlığı qeydə alınıb və buna görə də seçicilərin namizədlər barədə müqayisəli seçim imkanı geniş olmayıb. Bir sıra namizədlər seçicilərlə ünsiyyət qurmaq üçün sosial mediadan geniş istifadə etsələr də, bu, ənənəvi mediada təşviqat kampaniyasının aparılmasını əvəz edə bilməyib.

Bəyanatda, həmçinin deyilib: “Beləliklə, müşahidə apardığımız 70 seçki dairəsi üzrə məntəqələrdə gördüklərimizə görə, səsvermədə seçici fəallığı 30 faizdən artıq olub. Seçkilər ölkənin 125 seçki dairəsi üzrə 6478 seçki məntəqəsində keçirilib. Parlament seçkilərində 125 deputat mandatı uğrunda 990 namizəd mübarizə aparıb. Azərbaycanda seçicilərin ümumi sayı 6 milyon 421 min 960 nəfərdir. Qadınlar arasında 26 namizəd ilkin nəticələrin açıqlamalarına görə qalib gəlib, onun 14-ü YAP, 10 nəfəri bitərəf, 1 nəfəri VHP, 1 nəfəri də “Ana Vətən” Partiyasının təmsilçisidir. İlkin nəticələrə görə, qadınların parlamentdə sayının artması müşahidə edilir. Seçki məntəqələrində Seçki Məcəlləsindən və bu sahədə digər qanunvericilik aktlarından irəli gələn məsələlər - səsvermə kabinələri, səsvermə qutuları, texniki təchizat əsasən tələblərə uyğun olub. Seçicilərin seçki məntəqələrinə sərbəst şəkildə daxil olması, kabinələrdən istifadə edərək gizli səsvermələri üçün lazımi şərait yaradılıb.

“Mənim səsim” Seçki Monitorinq Koalisiyasının müşahidəçilərinə prosesi sərbəst izləməyə maneə törədilməsi halı qeydə alınmayıb, müşahidə aparılmasına tam şərait yaradılıb.

Seçki məntəqələrində foto və videoçəkilişi aparmaq, internet resurslarından istifadə ilə bağlı, media nümayəndələrinin işinə müdaxilə faktı və ya bu barədə məntəqələrdəki jurnalistlərdən Koalisiyaya hər hansı şikayət edilməsi halı qeydə alınmayıb.

Məntəqələrdə çağırış olmadan rəsmi dövlət qurumlarından, polis nümayəndələrindən heç kimin seçki məntəqələrinə daxil olması halı müşahidə edilməyib. Səsvermə prosesi seçki məntəqələrində vaxtında başlayıb və dayandırılıb, səslərin sayılması əsasən qanunauyğun təşkil edilib.

Müşahidəçilərimiz tərəfindən prosedurların aparılması ilə əlaqədar bəzi texniki məzmunlu nöqsanlar da qeydə alınıb ki, onlar seçkinin ümumi nəticəsinə təsir gücündə deyil. Mərkəzi Seçki Komissiyasını bu cür texniki məsələlərə, eləcə də hər bir müraciətə diqqətlə yanaşmağa, məsələləri ətraflı, şəffaf şəkildə araşdırılmağa və müvafiq qərarlar qəbul etməyə çağırırıq.

Ötən parlament seçkiləri ilə müqayisədə QHT-lərdən olan ümumrespublika müşahidəçilərinin sayı təxminən 4 dəfə artıb. Bizim koalisiyadan başqa, müxtəlif QHT-lərin yaratdığı koalisiyalar da mövcud olub, həmkarlarımız da ictimai nəzarəti təmin edib. Bundan başqa, çoxlu sayda ayrı-ayrı QHT-lər respublika üzrə seçki müşahidəçiliyi aparıb.

Qeyd etdiyimiz kimi, müşahidəçilərimiz Qarabağ və Şərqi Zəngəzurda da seçkiləri müşahidə edib, Xankəndi, Şuşa, Xocalı, Füzuli, Zəngilan, Cəbrayıl, Qubadlı, Laçında seçki məntəqələrində olublar. Həmin bölgələrdə seçicilərin ilk dəfə azad edilmiş ərazilərdə keçirilən parlament seçkilərə daha həvəslə gəlməsi müşahidə olunub.

Seçki günü müşahidə apardığımız 70 seçki dairəsi üzrə məntəqələrdə gördüklərimiz əsasında deyə bilərik ki, sentyabrın 1-də növbədənkənar parlament seçkiləri şəffaf və ədalətli olub.

“Mənim səsim” Seçki Monitorinq Koalisiyası səsvermə günündən sonra da monitorinq prosesini davam etdirəcək. İndi biz monitorinqimizin yekun fazasına daxil olmuşuq. Hazırda seçkilərlə bağlı yekun hesabat üzərində işləyirik, seçki prosesi tam başa çatandan sonra yekun hesabat da ictimaiyyətə açıqlanacaq”.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Dilçilik İnstitutunun əməkdaşları Bişkekdə keçirilən beynəlxalq simpoziumda iştirak ediblər

Uşaqların gələcəyi hər cür manipulyasiyadan müdafiə olunmalıdır – RƏY

Dini ideologiyaların gənclərin həyatına və dövlətin qanunlarına sirayət etməsi qəbulolunmazdır - ŞƏRH

İsrail Prezidenti İsxak Hersoq Azərbaycana səfərə gəlib

Məktəbli forması: təhsil mühitində bərabərlik, intizam və sosial məsuliyyət amili

Professor: Süni intellektin yaratdığı çağırışlara vaxtında cavablar tapılmalıdır

İndoneziyada meşə yanğınları havanın kəskin çirklənməsinə və regionda məktəblərin bağlanmasına səbəb olub

Azərbaycanın boks yığması komanda hesabında Avropa üçüncüsü olub

Hüseyn Atakan Varol: Bütün türk dillərini əhatə edəcək vahid süni intellekt modeli yaradıla bilər

® “DigiTravel” ilə aviabiletləri də indi alıb sonra ödəyin!

Yasin Xəlilov: Yeni tikinti materiallarının yaradılmasında ekoloji tələblərə uyğunluq əsas şərtlərdəndir

Baba Vəziroğlu: Məktəbdə hər kəs müəyyən edilmiş qaydalara hörmətlə yanaşmalıdır

Buxarada qardaşlıq nəğmələri: İki ölkə sənətçilərindən möhtəşəm konsert

Gədəbəydə avtomobili aşıran sürücünün həyat yoldaşı ölüb, oğlu yaralanıb VİDEO

Gədəbəydə avtomobili aşıran sürücünün həyat yoldaşı ölüb, oğlu yaralanıb VİDEO

DİM: Dövlət qulluğu imtahanında 171 namizəd müvəffəqiyyət əldə edib

Binaların enerji effektivliyi üzrə pasportlaşdırmanın rəqəmsallaşdırılması üçün platformanın hazırlanması yekunlaşmaq üzrədir

Azərbaycan və Pakistan qadın sahibkarlığı sahəsində əməkdaşlığı genişləndirir

Dövlət qulluğu üzrə 876 vakant vəzifə müsahibəyə çıxarılıb

Risklərin idarə edilməsi üzrə qərar qəbuletmə mexanizmləri nəzərdən keçirilib

Ekspert: Tikinti layihələrində ekoloji standartların qorunması genişləndirilməlidir

Aİ strateji minerallar üzrə Çindən asılılığı azaltmaq üçün Vyetnamla əməkdaşlığı genişləndirmək istəyir

Laos AQEM-ə üzv olmaq üçün təsisedici sənədləri imzalayıb

Pekində terrorizmlə mübarizəyə dair beynəlxalq forum keçirilir

Bolqarıstan NATO-nun dronlara qarşı müdafiə təşəbbüsünə qoşulmağa hazırlaşır

Çinin xarici ticarəti 19 faizə yaxın artıb

Ekspert: Azərbaycanın dünyəvi təhsil ənənələri milli maarifçilik tariximizin ayrılmaz hissəsidir

ADA Universitetində AICT2026 beynəlxalq konfransı təşkil olunub - YENİLƏNİB VİDEO

ADA Universitetində AICT2026 beynəlxalq konfransı təşkil olunub - YENİLƏNİB VİDEO

İsrail ordusu Livanda partlayıcı qurğu və silahlar aşkarlayıb

Cənubi Koreya və ABŞ müdafiə danışıqları keçirmək barədə razılığa gəlib

Çingiz Abdullayev: Əminəm ki, “Sabah” “Barselona”ya qarşı da çəkinmədən oynayacaq

Astanada Azərbaycanın Orta Dəhlizin inkişafında rolu müzakirə olunub

Akademik Rasim Əliquliyev: Milli süni intellekt rəqəmsal suverenliyin əsas şərtidir VİDEO

Akademik Rasim Əliquliyev: Milli süni intellekt rəqəmsal suverenliyin əsas şərtidir VİDEO

Azərbaycan qonaqpərvərlik sahəsində beynəlxalq əməkdaşlığı inkişaf etdirir

Vədiyə Ələkbərzadə: Akkreditasiya özəl tibb müəssisələri üçün bir çox prosesin obyektiv qiymətləndirilməsini təmin edən mexanizmdir

Saleh Sultansoy: “Elm şəhərləri” TDT-nin inkişafına güclü təkan verə bilər

QHT-lərin təşəbbüsü ilə Bakıda kəlağayının təbliğinə həsr edilən yürüş keçirilib

Futzal üzrə Azərbaycan millisinin oyununa hakim təyinatları açıqlanıb

Henning Sasse: Tikintidə ekoloji təmiz xammalın və alternativ yanacaqların istifadəsi vacibdir

AzTU-nun müəllimi Türkiyədə beynəlxalq simpoziumda məruzə ilə çıxış edib

Laos Prezidenti “Yanardağ” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğunu ziyarət edib

BDU-nun 14 tələbəsi “Əlaçı” təqaüd proqramının qalibi olub

Milli Hidrometeorologiya Xidməti: Hazırda keçid dövrünə xas hava şəraiti müşahidə edilir

Rasim Əliquliyev: Gəncləri kibermanipulyasiyadan qorumaq prioritet vəzifədir VİDEO

Rasim Əliquliyev: Gəncləri kibermanipulyasiyadan qorumaq prioritet vəzifədir VİDEO

Avstraliyada demensiyanın erkən əlamətlərini aşkarlayan göz testləri hazırlanıb

Ukrayna ordusu üç yaşayış məntəqəsini azad edib

Azərbaycanla Mərkəzi Asiya ölkələrinin əməkdaşlığının genişlənməsi yeni imkanlar yaradır ŞƏRH

NATO-nun Əməliyyat İmkanları Konsepsiyası çərçivəsində qiymətləndirmə təlimi təşkil olunub

Naftalanda YAP-ın VIII Qurultayından irəli gələn vəzifələr diqqət mərkəzindədir

Zumerlər əməkhaqqı səbəbindən iş yerlərini dəyişdirmək istəyirlər

SEPAH Hörmüz boğazında konteyner daşıyan gəminin batdığını bildirib

Kamboca Krallığının Baş naziri Milli Məclisdə olub

Vahid geyim şagirdlərə ortaq qaydaların mövcudluğunu öyrədən vasitələrdən biri kimi qəbul oluna bilər – ŞƏRH

Baş nazir Əli Əsədov Laosun Prezidenti Thonqlun Sisulitlə görüşüb

Azərbaycanlı Formula 4 pilotu "Slovakia Ring" trasında növbəti testlərini uğurla başa vurub

Azərbaycan beynəlxalq əlaqələrini genişləndirir ŞƏRH

Beynəlxalq Enerji Agentliyi: Dizel yanacağı çatışmazlığı 2027-ci ilədək davam edə bilər

ADAU-da YAP-ın VIII Qurultayının qərarlarından irəli gələn vəzifələr önə çəkilib

XİN: Fransanı Azərbaycanla bağlı əsassız iddialara son qoymağa çağırırıq VİDEO

XİN: Fransanı Azərbaycanla bağlı əsassız iddialara son qoymağa çağırırıq VİDEO

Bu il qlobal neft tələbatının gündəlik 2,6 milyon barel azalacağı gözlənilir

Qazaxıstanın Manqistau vilayətinin rəhbəri və Türkiyə diplomatı Orta Dəhlizi müzakirə ediblər

Azərbaycan Astanada beynəlxalq nəqliyyat-logistika sərgisində təmsil olunur

Sergey Lavrov Bakıda AQEM-in sammitində iştirak edəcək

Yusif Vəliyev: Laçın və Zəngilanda “Səyyar Gənclər Xidməti” layihəsi reallaşdırılacaq VİDEO

Yusif Vəliyev: Laçın və Zəngilanda “Səyyar Gənclər Xidməti” layihəsi reallaşdırılacaq VİDEO

AMADA sumo üzrə dünya çempionatı ərəfəsində antidopinq vebinarları təşkil edib

Səudiyyə Ərəbistanından olan yazıçı Milli Azərbaycan Ədəbiyyatı Muzeyini ziyarət edib

Pərviz Şahbazov: Gələn ilin sonunadək ümumi gücü 2 giqavat olan 11 stansiya istismara veriləcək

Vyetnamın Vitse-prezidenti Azərbaycana səfərə gəlib

Zibeydə Hacıyeva: Qarabağdakı bərpa və yenidənqurma prosesində özəl sektor yaxından iştirak edir VİDEO

Zibeydə Hacıyeva: Qarabağdakı bərpa və yenidənqurma prosesində özəl sektor yaxından iştirak edir VİDEO

Sentyabrda Körfəz istehsalçılarının neft təchizatı bərpa olunub

Gənc Tamaşaçılar Teatrında “Pullu komediya” tamaşasının premyerası olacaq

Ani Ödənişlər Sistemi ilə gündəlik əməliyyat sayı ilk dəfə 1 milyonu, aylıq dövriyyə isə 2 milyard manatı ötüb

BBC Trampın məhkəmədə ifadə verməyə məcbur edilməsini tələb edir

"Ərzurumspor" Nəriman Axundzadənin komandadan ayrılacağı ilə bağlı iddialara son qoyub - EKSKLÜZİV

Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təşkil edilir

Media və Yayım Şurası: İranın "Səhər" telekanalı ictimai rəyi çaşdıran dezinformasiya yayır

Keçən ay OPEC+ üzrə neft tədarükü gündəlik 40,62 milyon barelə çatıb

“Vilyarreal”ın qapıçısı silahlı basqın səbəbindən “Napoli” ilə oyunu buraxıb

Tədqiqat: Hər il okeanın 1,58 milyon kvadratkilometri neftlə çirklənməyə məruz qalır

Qlobal neft tədarükü sutkada 102,3 milyon barelə yüksəlib

İqtisadiyyat Nazirliyi: Bir çox sahələrdə dövlət-özəl tərəfdaşlığı layihələrini həyata keçirməyə hazırıq

Şöbə müdiri: Azərbaycanın dənizdə külək enerjisi potensialı yaşıl enerji ixracı hədəfləri baxımından mühümdür

Yusif Vəliyev: Azad edilmiş ərazilərdə könüllülər üçün fərdi təlimlər təşkil olunur VİDEO

Yusif Vəliyev: Azad edilmiş ərazilərdə könüllülər üçün fərdi təlimlər təşkil olunur VİDEO

® Belaruslu nümayəndələr Gəncə Avtomobil Zavodunda istehsal prosesi ilə tanış olublar

Sabah hava əsasən yağmursuz keçəcək

İxracdan regional oyunçuluğa: Azərbaycan şirkətləri üçün yeni böyümə marşrutu - RƏY

“Barselona” tarixi rekordu təkrarlayıb

Özbəkistanlı mühəndis-energetiklər “Azərişıq”da təlimlərə başlayıblar

Nazir müavini: İşğaldan azad edilmiş ərazilərdə gənclərin inteqrasiyasına xüsusi diqqət yetirilir

“Azəriqaz” 9 ayda “ASAN Kommunal” və “ASAN xidmət” mərkəzlərində 52 mindən çox xidmət göstərib

Şəki Regional Elmi Mərkəzində YAP-ın VIII Qurultayından irəli gələn vəzifələr nəzərdən keçirilib

Deputat: Dövlət əhaliyə tək insan resursu kimi deyil, insan kapitalı kimi baxır VİDEO

Deputat: Dövlət əhaliyə tək insan resursu kimi deyil, insan kapitalı kimi baxır VİDEO

Belarus Milli Assambleyasının Nümayəndələr Palatasının sədri Xankəndiyə səfər edib

Anar Axundov: Azərbaycan etibarlı tərəfdaş kimi beynəlxalq xarakterli investisiya layihələrini uğurla həyata keçirir

Azərbaycan minifutbol millisi U-23 dünya çempionatında növbəti qələbəsini qazanıb

“Barselona”nın baş məşqçisi İstanbulda kuryoz hadisə ilə üzləşib

Yaponiyada fövqəladə məlumatlandırma xidmətləri dayandırılıb

Mərkəzi Bank ödəniş sistemləri üzrə yeni xidmət haqları müəyyən edib

Mərkəzi Bankın nümayəndə heyəti Dünya Bankı və Valyuta Fondunun toplantılarında iştirak edir

Fransada 65 il əvvəl əlcəzairli nümayişçilərin qətlə yetirilməsinin “dövlət cinayəti” kimi tanınması tələb olunur

Azərbaycan millisinin dünya çempionatının seçmə mərhələ oyunları üçün heyəti açıqlanıb