MƏRKƏZİ AVROPA UNİVERSİTETİNDƏ AZƏRBAYCAN MƏTBƏXİNİN TƏQDİMATI KEÇİRİLİR
Budapeşt, 14 mart (AZƏRTAC). Budapeştdəki Mərkəzi Avropa Universitetində (MAU) təhsil alan azərbaycanlı tələbələr milli mətbəx günü təşkil etmişlər. MAU-Mərkəzin Kerepeşidəki restoranının əməkdaşları tələbələrimizin təqdim etdikləri nüsxələr əsasında ləzzətli Azərbaycan xörəkləri - kükü, ləvəngili balıq, küftə-bozbaş, kələm dolması, qutab, düşbərə və dovğa hazırlamışlar. MAU-nun dünyanın müxtəlif ölkələrindən olan tələbələri və professor-müəllim heyəti Azərbaycan təamlarını dadmaq və zəngin mədəniyyətimizin bir hissəsi olan milli mətbəximizlə yaxından tanış olmaq imkanı əldə etmişlər.
Tədbirin təşəbbüskarlarından və təşkilatçılarından biri olan Public Policy magistr proqramının tələbəsi İsa Əhədov demişdir: “Təşəbbüs milli kulinariyamızı bütün dünyada təbliğ etmək məqsədi daşıyır. Əminik ki, xörəklərimizin dadına baxan hər kəs mətbəximiz barədə yalnız yaxşı fikirdə olacaqdır. Bundan əlavə, bu təşəbbüs digər xalqların mədəniyyətinin nailiyyətlərini bütün dünyada özününkü kimi təqdim etməyi sevən bədxah qonşularımızın əbədi oğurluğunun ifşa edilməsi işinə öz töhfəsini verəcəkdir”.
Azərbaycan mətbəxi xörəklərinin təqdimatı martın 15-də başa çatacaqdır.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Budapeşt
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [22:48]
Marneulidə ilk dəfə mental arifmetika tədris olunacaq
- 02.10.2026 [18:51]
Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin II Forumuna qeydiyyat başlayıb
- 28.09.2026 [11:41]
Avropadakı soydaşlarımız şəhidlərimizi sonsuz minnətdarlıqla yad edirlər
- 15.09.2026 [13:31]
Nobel mükafatı laureatı Əziz Səncər Prezident İlham Əliyevə təşəkkür edib
- 14.09.2026 [16:21]
Ştutqart Azərbaycan Evində xeyriyyə konserti
- 12.09.2026 [13:12]