Məşhur avstriyalı rəssamın əsəri Avropada satılmış ən bahalı incəsənət əsəri olub
Vyana, 29 iyun, AZƏRTAC
Avstriyanın məşhur rəssamlarından biri, “Gənclik stili”nin tanınmış nümayəndəsi Qustav Klimtin (1862-1918) sonuncu əsəri indiyədək Avropada hərracda satılan ən bahalı incəsənət əsəri kimi tarixə düşüb.
AZƏRTAC xəbər verir ki, avstriyalı rəssamın “Yelpikli xanım” əsəri Londonda “Sotheby´s” hərrac evinin keçirdiyi hərracda 85,3 milyon funt sterlinqə (99,33 milyon avro) satılıb. Cəmi 10 dəqiqə davam edən hərracda satılan əsər bununla da 2010-cu ildə Alberto Cakomettinin (1901-1966) həmin hərracda 65 milyon funt sterlinqə satılmış “Gəzişən adam I” plastikasının rekordunu geridə qoyub.
Qeyd edək ki, Qustav Klimtin indiyədək ən bahalı əsəri ötən ilin noyabrında Nyu-Yorkda satılan “Tozağacı meşəsi“ əsəridir. Həmin sənət əsəri 104,2 milyon dollara satılmışdı.
Elgün Niftəli
AZƏRTAC-ın xüsusi müxbiri
Vyana
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [15:56]
Mark Rutte: NATO raketdən müdafiə sistemlərini gücləndirir
- 29.09.2026 [15:38]
Avropanın iri şəhərlərində kirayə haqqının maaşda payı nə qədərdir?
- 29.09.2026 [15:28]
Donald Tramp-Si Cinpin görüşü: Böyük jestlər və açıq qalan məsələlər – İCMAL
- 29.09.2026 [15:13]
BMT-nin Baş katibi irqi ayrı-seçkiliklə mübarizəyə çağırıb
- 29.09.2026 [15:02]
Avropa İttifaqının xarici sərhədlərinin təhlükəsizliyi gücləndirilir
- 29.09.2026 [14:52]