Mikrobioloq alim Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının həqiqi üzvü seçilib
Bakı, 15 iyun, AZƏRTAC
AMEA-nın Mikrobiologiya İnstitutunun laboratoriya müdiri, biologiya elmləri doktoru, dosent Könül Baxşəliyeva Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının həqiqi üzvü seçilib və bu qurumun “Beynəlxalq Qızıl Ulduz” medalı ilə təltif edilib.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, alimə üzvlük diplomunu və medalı Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının Azərbaycan üzrə təmsilçisi, professor Elçin İsgəndərzadə təqdim edib.
Qeyd edək ki, Könül Baxşəliyeva Azərbaycanda bioloqlar arasında ən gənc elmlər doktorudur.