MİKROMALİYYƏLƏŞDİRMƏ BANKI 5 MİN KREDİT VERMİŞDİR
Azərbaycan Mikromaliyyələşdirmə Bankı (AMMB) fəaliyyətə başladığı dövrdən - 2002-ci ildən indiyədək 5 min kredit vermişdir. Bankdan AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, təkcə ötən ilin sonunda açılmış Sumqayıt filialında 350-dən çox kredit verilmiş, AMMB-nin mikro və kiçik kreditlərinin ümumi həcmi isə 10 milyon ABŞ dollarına çatmışdır.
Almaniya İnkişaf Bankının bu il AMMB-nin səhmdarları sırasına daxil olması ilə bankın nizamnamə kapitalı 6,85 milyon ABŞ dollarınadək artacaqdır. Bank bu ilin sonunadək Gəncədə filialını açmaq və depozit qəbuluna başlamaq niyyətindədir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.09.2026 [18:04]
“Sumqayıt” amerikalı basketbolçu ilə müqavilə imzalayıb
- 28.09.2026 [17:39]
Azərbaycan klubu heyətinə yeni voleybolçu cəlb edib
- 28.09.2026 [17:37]
Aqrar Sığorta Fondu əkin sahələrinə dəymiş zərərlər üzrə ödənişlərə başlayır
- 28.09.2026 [17:35]