“Milan” klubu avrokuboklarda iştirak edə biləcək
Bakı, 20 iyul, AZƏRTAC
İdman Arbitraj Məhkəməsi (CAS) UEFA-nın İtaliyanın “Milan” klubunun 2019/2020-ci il mövsümündə Avropa Liqasına qatılmamaq qərarını ləğv edib.
AZƏRTAC xəbər verir ki, iyunun 27-də UEFA “Milan”nın “fair-play” qaydalarını pozduğuna görə, 2019/2020-ci il mövsümündə Avropa Liqasında iştirakına qadağa qoymuşdu. Bu qərara etiraz olaraq klub rəhbərliyi dərhal CAS-a müraciət edəcəyini açıqlamışdı.
Apellyasiya şikayətinin araşdırılması zamanı CAS UEFA-ya qərarını bir daha nəzərdən keçirməyinə dair sərəncam imzalayıb.
UEFA-nın iddiasına görə, “Milan”ın əsas problemi ötən il İtaliyanın sabiq baş naziri Silvio Berluskoni və çinli iş adamı Li Yongho arasında klubun alqı-satqısı zamanı baş verib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [15:25]
İbrahimoviç ad günündə özünə bahalı “Ferrari” hədiyyə edib
- 05.10.2026 [14:50]
Azərbaycan karateçiləri beynəlxalq yarışlarda üç medal qazanıblar
- 05.10.2026 [14:05]