Milli komandamız inkişaf etməkdə olan ölkələrin həndbol turnirində mübarizə aparır
Bakı, 11 iyun, AZƏRTAC
İyirmi dörd yaşadək kişilərdən ibarət həndbol millimiz Tbilisidə keçirilən yarışa qatılıb. Komandamız inkişaf etməkdə olan ölkələrin həndbol turnirində Çin, Böyük Britaniya, Kolumbiya, Kuba və Hindistan seçmələri ilə eyni qrupda mübarizə aparır.
AZƏRTAC Azərbaycan Həndbol Federasiyasının saytına istinadla xəbər verir ki, həndbolçularımız yarışa uğurla başlayıblar. Millimiz ilk oyunda Hindistan yığması üzərində 45-29 hesablı qələbə qazanıb. İkinci oyunda Kolumbiya kollektivi həndbolçularımızdan üstün olub - 30:35. Böyük Britaniya komandası ilə gərgin mübarizə şəraitində keçən görüş isə 36:35 hesabı ilə britaniyalıların xeyrinə nəticələnib.
İyunun 12-də Kuba seçməsi ilə qarşılaşacaq millimiz qrup mərhələsinin son turunda Çin kollektivi ilə üz-üzə gələcək.
Qeyd edək ki, digər qrupda Gürcüstan, Bolqarıstan, İrlandiya, ABŞ, Nigeriya və Malta milliləri yer alıblar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [15:38]
“Sabah”ın qapıçısı Çempionlar Liqasında turun rəmzi komandasına daxil edilib
- 15.10.2026 [15:18]
Lautaro Martinez Milan derbisini buraxa bilər
- 15.10.2026 [15:08]
AGF və ASA idman fizioterapiyası üzrə birgə proqram həyata keçirir
- 15.10.2026 [14:29]
Azərbaycanın gimnastika komandası Avropa çempionatının finalına yüksəlib
- 15.10.2026 [13:26]
Azərbaycanda ilk dəfə “Oceanman” beynəlxalq üzgüçülük yarışı keçiriləcək
- 15.10.2026 [13:07]
Vidadi Rzayev: "Qarabağ" – "Neftçi" derbisində favorit görmürəm
- 15.10.2026 [12:43]