Azərbaycan Dövlət İnformasiya Agentliyi

Milli Məclisin yaz sessiyasının ilk plenar iclası keçirilib

Bakı, 1 fevral, AZƏRTAC 

Fevralın 1-də Milli Məclisin 2018-ci ildə ilk plenar iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, Milli Məclisin sədri Oqtay Əsədov yaz sessiyasını açıq elan etdikdən sonra dövlət himni səsləndirildi.

Gündəliyin təsdiqindən sonra Oqtay Əsədov diqqətə çatdırdı ki, parlament yaz sessiyasında da dövlət başçısının həyata keçirdiyi quruculuq işlərinin hüquqi bazasını təmin etmək üçün əzmlə çalışacaq. Sədr Prezident İlham Əliyevin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında Sərəncam imzaladığını, iyun ayında Milli Məclisdə bu münasibətlə geniş tədbirlər planlaşdırıldığını dedi. Qeyd olundu ki, yaz sessiyasında parlamentdə Konstitusiyaya uyğun olaraq hökumətin və insan hüquqları üzrə müvəkkilin hesabatları da dinləniləcək.

Sonra gündəlikdəki məsələlərin müzakirəsinə başlanıldı. Əvvəlcə Milli Məclisin hesablayıcı və intizam komissiyalarının yenidən təşkil edilməsi haqqında parlamentin qərarları müzakirəyə çıxarıldı. Spiker Oqtay Əsədov bildirdi ki, müzakirəyə təklif olunan sənəddə komissiyaların əvvəlki sədrləri və üzvləri olduğu kimi saxlanılır. Hər iki qərar ayrı-ayrılıqda səsə qoyularaq təsdiqləndi.

Sonra Milli Məclisin 2018-ci il yaz sessiyasının qanunvericilik işləri planına baxıldı. Qanunvericilik işləri planına “Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında”, “Azərbaycan Respublikasının Dövlət gerbi haqqında”, “Azərbaycan Respublikasının Dövlət himni haqqında” Konstitusiya qanunları, “Azərbaycanda Dövlət daktiloskopik və genom qeydiyyatı haqqında”, “Daxili qoşunlar haqqında”, “Ələt Azad İqtisadi Zonası haqqında”, “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında”, “Texniki təmizləmə haqqında”, “Standartlaşma haqqında”, “Hesablama Palatası haqqında”, “Kabel şəbəkəsi yayımı haqqında”, “Kinematoqrafiya haqqında”, “Kənd təsərrüfatında sığortanın stimullaşdırılması haqqında”, “Əlilliyi olan şəxslərin hüquqları haqqında”, “Turizm haqqında”, “Psixoloji yardım haqqında”, “Uşaqların sağlamlığına və inkişafına ziyan vuran informasiyalardan qorunması haqqında” çox mühüm qanun layihələri daxil edilib. Həmçinin Azərbaycan Prezidentinin, deputatların, Ali Məhkəmənin, Baş Prokurorluğun, Naxçıvan Ali Məclisinin qanunverici təşəbbüs qaydasında təqdim etdiyi qanun layihələri var.

Deputatlar Fazil Mustafa, Siyavuş Novruzov, Zahid Oruc, Əli Məsimli, Elmira Axundova, Fərəc Quliyev, Tahir Kərimli, Qüdrət Həsənquliyev, Əflatun Amaşov, Qənirə Paşayeva, Rövşən Rzayev sənədlə əlaqədar fikirlərini bildirdilər, təkliflərini səsləndirdilər. Qanunvericilik işləri planı səsə qoyularaq təsdiqləndi.

Sonra beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov “Azərbaycan Respublikası Hökuməti ilə Litva Respublikası Hökuməti arasında xidməti pasportlara malik şəxslərin viza tələbindən azad edilməsi haqqında” Sazişin təsdiq edilməsi barədə qanun layihəsini təqdim etdi. Bildirildi ki, Avropa İttifaqının üzvü olan Litva ilə xidməti pasportlar sahəsində belə bir sənədin imzalanması Azərbaycan üçün əhəmiyyətli məsələdir. Sənəd səsə qoyularaq yekdilliklə qəbul edildi.

Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli “Sosial sığorta haqqında” Qanunda edilən dəyişiklikləri diqqətə çatdırdı. Bildirildi ki, sənəd “Nağdsız hesablaşmalar haqqında” 2017-ci il 13 iyun tarixli Qanuna uyğunlaşdırma məqsədi daşıyır. Qanunun 6-cı maddəsinə nəzərdə tutulan dəyişiklikdə bildirilir ki, bu uyğunlaşdırma əsasında “sosial sığorta ödəmələri sığorta olunanlara yalnız nağdsız qaydada, sığortaçı tərəfindən əməliyyat-axtarış, kəşfiyyat, əks-kəşfiyyat fəaliyyətinin subyektlərinə veriləcək. Sənəd səsə qoyularaq təsdiqləndi.

Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli “Cinayət prosesində iştirak edən şəxslərin dövlət müdafiəsi haqqında” Qanuna edilən dəyişikliklərin də eynilə, “Nağdsız hesablaşmalar haqqında” 2017-ci il 13 iyun tarixli Qanuna uyğunlaşdırma məqsədilə edildiyini diqqətə çatdırdı. Sənəd təsdiq edildi.

Sonra Milli Məclis sədrinin birinci müavini, müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov “Terrorçuluğa qarşı mübarizə haqqında” Qanunda dəyişiklik edilməsi barədə sənədi təqdim etdi. Bildirildi ki, “Nağdsız hesablaşmalar haqqında” Qanuna uyğunlaşdırma məqsədilə edilən dəyişiklik qanunun 14-cü maddəsinə tətbiq edilir. Maddədə terrorçuluğa qarşı mübarizədə iştirak edən şəxs terror əleyhinə aparılan əməliyyatlar zamanı həlak olduqda və ya xidmətini davam etdirməyə imkan verməyən dərəcədə xəsarət aldıqda ona və ya onun ailəsinə dövlət büdcəsi hesabına orta aylıq əməkhaqqı məbləğinin müvafiq olaraq yüz və ya doxsan misli miqdarında birdəfəlik müavinət ödənilməsi bildirilir. Təklif olunan dəyişikliyə görə isə həmin müavinət nağdsız qaydada ödəniləcək. Sənəd səsvermə yolu ilə qəbul edildi.

“Azərbaycan Respublikasında vərəmlə mübarizə haqqında” Qanunda dəyişiklik edilməsi barədə sənədi şərh edən səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov burada aparılan dəyişikliyin də “Nağdsız hesablaşmalar haqqında” Qanuna uyğunlaşdırma məqsədilə edildiyini dedi. Layihəyə görə, işləməyən vərəm xəstələrinə müalicə müddətində verilən müavinətin ödənilməsi yalnız nağdsız qaydada həyata keçiriləcək. Sənəd təsdiqləndi.

Sonra hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Qanunda dəyişikliklər edilməsi barədə məlumat verdi. Bildirildi ki, qanunun 14-cü (Azərbaycan Respublikasının vətəndaşlığına qəbul) maddəsinə yeni müddəa əlavə edilir. Təklif olunan bənddə bildirilir ki, “2006-cı il yanvarın 1-ə qədər Azərbaycana gələrək burada daimi yaşayan, heç bir dövlətin vətəndaşlığına mənsub olmayan və şəxsiyyətini təsdiq edən etibarlı sənədləri olmayan şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, habelə Azərbaycan Respublikasında daimi yaşaması faktı məhkəmə tərəfindən müəyyən edilir. Bu müddəa könüllü olaraq mənsub olduğu dövlətin vətəndaşlığından çıxmış şəxslərə şamil edilmir. Qanuna bu əlavənin təklif edilməsi 2006-cı il yanvarın 1-ə qədər Azərbaycana gələn və burada daimi yaşayan, keçmiş SSRİ pasportlarına malik olan şəxslərə Azərbaycan vətəndaşlığına qəbul olunmaq imkanı yaratmaq məqsədi daşıyır. Sənəd səsə qoyularaq təsdiq edildi.

Sonra Əli Hüseynli İnzibati Xətalar, Şəhərsalma və Tikinti məcəllələrinə dəyişikliklər edilməsi haqqında sənədləri birlikdə şərh etdi. Bildirildi ki, hər iki sənəddə edilən dəyişikliklər “Reklam haqqında” Qanuna dəyişikliklər edilməsi barədə 2017-ci il 30 iyun tarixli qanunun tətbiqi ilə əlaqədar edilib. Bu dəyişikliklərə əsasən açıq məkanda ölçülərindən asılı olmayaraq reklam daşıyıcılarının tikintisinə, quraşdırılmasına, onlara konstruktiv dəyişikliklərin edilməsinə Şəhərsalma və Tikinti Məcəlləsində nəzərdə tutulmuş qaydada və hallarda müvafiq icra hakimiyyəti orqanı icazə verə bilər. Hər iki sənəd ayrı-ayrılıqda səsvermə yolu ilə təsdiqləndi.

Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov “Dərman vasitələri haqqında” Qanuna edilən dəyişikliyi diqqətə çatdırdı. Bildirildi ki, təklif olunan dəyişiklik sənədin 13-cü maddəsində aparılıb. Bu, 14 yaşı tamam olmamış şəxslərin həyat və sağlamlığına zərər vurulmaması məqsədilə onlara dərman vasitələrinin buraxılmasını qadağan edir. Qanun layihəsinə müsbət münasibət bildirildi.

Sonra Əli Hüseynli İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsini təqdim etdi. Qeyd olundu ki, təklif olunan dəyişiklik məcəllənin “ekoloji təhlükəsizlik haqqında” bölməsində aparılıb. Dəyişiklikdə ətraf mühitə və insan sağlamlığına mənfi təsir göstərən vibrasiya və səs-küy çirklənməsi normalarının pozulmasına görə müvafiq icra hakimiyyəti orqanı tərəfindən məsuliyyətin nəzərdə tutulması halları əksini tapır. Müzakirələrdən sonra sənəd səsə qoyularaq təsdiqləndi.

“Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Qanunda dəyişiklik edilməsi barədə sənədlə əlaqədar məlumat verən Əli Hüseynli bildirdi ki, layihəyə əsasən Azərbaycanda tikinti layihələrinin şəhərsalma sənədlərinin, o cümlədən müfəssəl planın müəyyənləşdirdiyi tələblərə uyğunluğuna dair tələbin tətbiqi müddəti 1 illiyinə uzadılır. Sənəd təsdiq edildi.

İclasda elm və təhsil komitəsinin sədri İsa Həbibbəyli “Peşə təhsili haqqında” qanun layihəsini ilk oxunuşda təqdim etdi. Sənədlə bağlı ətraflı məlumat verən komitə sədri bildirdi ki, burada peşə hazırlığının səmərəliliyinin artırılması və rəqabətqabiliyyətli ixtisaslı kadrların hazırlanması məqsədilə peşə təhsili sahəsində dövlət siyasətinin prinsipləri, peşə təhsili və təlimi sisteminin təşkilati-hüquqi və iqtisadi əsasları müəyyən edilir. Qanunun hazırlanmasında məqsəd peşə təhsili sahəsində vətəndaşların Konstitusiya ilə nəzərdə tutulmuş təhsil hüququnun təmin olunmasından, peşə təhsili prosesi iştirakçılarının hüquqlarını və vəzifələrini müəyyən etməkdən, onlar arasında münasibətlərin tənzimlənməsindən və təşkilati-hüquqi bazanın yaradılmasından ibarətdir.

Sənəddə Azərbaycanın təhsil sistemində peşə təhsilinin yeri müəyyənləşib, bu təhsili alanlara müəyyən güzəştlər nəzərdə tutulub. Qanun layihəsində peşə təhsili ilə orta ixtisas təhsilinin inteqrasiyası əsas götürülüb. Komitə sədri sənəddə nəzərdə tutulan yenilikləri də şərh etdi. Layihəyə əsasən, peşə təhsili müəssisələrinin məzunlarına növbəti təhsil pilləsinə keçid zamanı üstünlük verilir. Bundan əlavə, ali məktəbə daxil olmaq istəyənlərə həqiqi hərbi xidmətdən möhlət hüququ verilir. Bu məktəbləri bitirənlərə həm də sahibkarlıq fəaliyyəti ilə bağlı xüsusi imtiyazlar təqdim olunur. Qanun layihəsində peşə təhsili müəssisələrinə birdəfəlik, müddətsiz lisenziya verilməsi, Peşə Təhsilinin İnkişafı Fondunun yaradılması ilə bağlı müddəalar da əksini tapır. Bildirildi ki, 5 fəsil, 26 maddədən ibarət sənəd təhsil və elm vasitəsilə ölkənin gələcək tərəqqisini və rifahını yüksəltməyə xidmət edəcək. Ətraflı müzakirələrdən sonra sənədə konseptual baxımdan müsbət münasibət bildirildi.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Bakı-Naxçıvan-Bakı marşrutu üzrə bir sıra reyslər əlverişsiz hava səbəbilə təxirə salınıb

Soydaşlarımız Anım Gününü Tbilisidə və Saqarecoda qeyd ediblər

Azərbaycan kikboksinqçiləri dünya çempionatında 16 medal qazanıblar

Şəfəq Mehrəliyeva: Mir Cəlal Paşayev yaradıcılığının əsas gücü sadə süjet və yığcam ifadələrlə dərin fikirlər ortaya qoymasıdır

“Turan Tovuz” – “Fənərbaxça” oyunundan əldə olunacaq gəlir Qarabağ Dirçəliş Fonduna ianə ediləcək

Çində Azərbaycan dili ixtisası üzrə magistraturaya ilk tələbə qəbulu aparılıb

Tarixçi: Azərbaycan xalqı Qafqaz Albaniyasının tarixi və mədəni irsinin varisdir

Şəhid anası: Nicat haqq-ədalətə hər şeydən çox önəm verərdi

İşğaldan azad edilmiş ərazilərə köçürülən vətəndaşlardan 11 min 937 nəfərinin məşğulluğu təmin olunub

Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 5 noyabr tarixli 1174 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsinə veriləcək dövlət şirkətlərinin və müəssisələrinin, habelə dövlət payı olan təsərrüfat cəmiyyətlərinin siyahısı”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Kral VI Məhəmməd: Səudiyyə Ərəbistanına hücum Mərakeşə hücum deməkdir

Otuz ildən sonra tarixi Zəfər və Azərbaycanın yaratdığı yeni reallıqlar - ŞƏRH

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

BMU-da tələbələr üçün sahibkarlıq və startap mədəniyyətinə dair təlim təşkil olunub

“Parma” baş məşqçisi ilə yollarını ayırıb

® İcbari tibbi sığorta üzrə göndərişlərin tənzimlənməsində mövcud çətinliklər və perspektivlər mövzusunda dövlət və özəl sektor arasında konseptual dialoq

Konqo Demokratik Respublikasında Ebola virusuna yoluxanların sayı 8 mini keçib

Turizm və Menecment Universiteti beynəlxalq layihədə təmsil olunub

Qarabağ və Şərqi Zəngəzur regionlarının kitabxanaları rəqəmsallaşdırılır

Naxçıvan Muxtar Respublikasının 7 yaşayış məntəqəsində minifutbol meydançaları yaradılacaq

“Əmək sahəsində” standartlaşdırma üzrə Texniki Komitədə daha 20 standart layihəyə baxılıb

® “AzInTelecom” “ICTWEEK Uzbekistan 2026”da rəqəmsal həllərini təqdim edib

Azərbaycan enerji və logistika imkanlarını birləşdirən sabit iqtisadi məkandır - ŞƏRH

Tufan Erhürman: Kipr probleminin həlli üçün “nəticəyə yönəlmiş danışıqlara” hazırıq

Azərbaycan idmançıları hapkido üzrə dünya birinciliyi və çempionatında 13 medal qazanıblar

Postmüharibə dövründə şəhid ailəsi üzvü və müharibə iştirakçısı olan 30 min 700 şəxsin məşğulluğuna dəstək göstərilib

Avropanın təhlükəsizliyi gücləndirilir: Aİ beş hərbi layihəni təsdiqləyib

Azərbaycanın dağ-mədən və metallurgiya sənayesinin inkişafı qeyri-neft iqtisadiyyatına yeni imkanlar açır - ŞƏRH

Krakov şəhərində soydaşlarımıza səyyar konsulluq xidməti göstərilib

Biləsuvarda pambıq yığımına start verilib

® “Bakcell” İçərişəhərin tarixi irsini rəqəmsal texnologiyalarla canlandıracaq

Alban xristian irsinin tanıtımında vətəndaş sektorunun rolu

Azərbaycan ən uğurlu inkişaf modelini seçib ŞƏRH

Rusiya ordusunun Dneprdəki biznes mərkəzinə hücumu zamanı 3 nəfər ölüb

Firdovsiyyə Əhmədova: Kilsə arxivlərinin Ermənistana verilməsi tarixi həqiqətlərin təhrifinə şərait yaradıb

Peskov: Ukrayna ilə bağlı danışıqların bərpası qərarı Rusiyanın maraqlarına əsaslanaraq veriləcək

Dünyanın maraq göstərdiyi palçıq vulkanlarına səyahət VİDEO

Dünyanın maraq göstərdiyi palçıq vulkanlarına səyahət VİDEO

İraq ABŞ qüvvələrinin Bağdaddakı əsas qərargahını təhvil alıb

Tarixçi-alim: Ermənilərin bu bölgələrə köçürülməsindən sonra Qafqaz Albaniyasının tarixi saxtalaşdırılıb

Çinli turist: Azərbaycanın palçıq vulkanlarını canlı görmək tamam fərqli və həyəcanvericidir

Qazaxıstanlı tədqiqatçılar MEK-in fondu ilə tanış olublar

Sarayevoda 27 Sentyabr - Anım Günü qeyd olunub

Ağsuda dağlıq ərazidə yanğın baş verib VİDEO

Ağsuda dağlıq ərazidə yanğın baş verib VİDEO

Xəlvətiyyədən Gülşəniyyəyə: Seyid Yəhya Bakuvi irsinin davamı

Politoloq: Ermənilər xristianlıq amilindən istifadə etməklə saxta tarixlərini əsaslandırmağa çalışırlar

Leysan olacaq, dolu düşəcək, çaylarda sululuq artacaq - XƏBƏRDARLIQ

Şimali Kipr sahillərində batan gəmidə itkin düşmüş şəxslərin axtarışı zamanı iki cəsəd tapılıb

“Fənərbağça”nın yoldaşlıq oyunu üçün Azərbaycana gəliş tarixi məlum olub

Gənclər və İdman Nazirliyi ilə İƏT arasında əməkdaşlıq müzakirə edilib

Ali təhsil və tədqiqat müəssisələrinin nümayəndələrinə SosialLab müsabiqəsinin şərtləri barədə məlumat verilib

Çin və ABŞ 60 milyard dollarlıq sövdələşmə barədə razılığa gəlib

Şəhid anası: Ən böyük əsərim oğlum Emil oldu

FAO və Xəzər Universiteti quduzluğun qarşısının alınmasında birgə səyləri gücləndirməyə çağırır

“Mançester Siti”nin maliyyə qaydalarının pozulması ilə bağlı işi illərlə davam edə bilər

Çin XİN: BMT-nin yeni Baş katibi səriştəli, qərəzsiz və dürüst olmalıdır

Azərbaycan millisinin voleybolçusu “Murov Az Terminal”a keçib

“Birinci Türkoloji Qurultay 100: tarixə nəzər” – yeni nəşr

Seyid Yəhya Bakuvi irsi - əsrlərin yaddaşına həkk olunan irfan məktəbi

Messi cərimə zərbəsi qollarında yeni rekorda yaxınlaşır

Qripə qarşı peyvənd nə vaxt vurulmalıdır? – TƏBİB açıqlayır

Ukrayna ordusu Rusiyanın Krasnodar diyarında dörd neft bazasına zərbələr endirib

“Şərq memarlıq ənənələri və Əcəmi Naxçıvani” - elmi sessiya

“HÜRKUŞ-II” təlim təyyarələrinin ilk partiyası Türkiyə HHQ-ə təhvil verilib

Böyük Britaniya strateji hərbi layihələrdə xarici şirkətlərin iştirakını məhdudlaşdırır

Naxçıvan Muxtar Respublikasının təhsil naziri kollektivə təqdim olunub

“Turan” klubunun Çempionlar Liqasındakı ilk ev oyununun biletləri pulsuz olacaq

Azərbaycanın investisiya imkanları yeni mərhələdə - ŞƏRH

Sudan və Efiopiya üsyançı qüvvələri dəstəkləməkdə ittiham olunur

Kardioloq: Ürək-damar xəstəliklərinin qarşısının alınması üçün sağlam həyat tərzi və düzgün qidalanma vərdişləri vacibdir

AQTA-nın sədri sahibkarları dinləyəcək

® Yerli ekspertiza Azərbaycanın investisiya cəlbediciliyinin hərəkətverici qüvvəsi kimi

Türk İnvestisiya Fondu Almatı Beynəlxalq Hava Limanının modernləşdirilməsinə maliyyə vəsaiti ayırıb

Şahin Bağırov: Azərbaycanın NCTS-yə qoşulması istiqamətində işlər davam etdirilir VİDEO

Şahin Bağırov: Azərbaycanın NCTS-yə qoşulması istiqamətində işlər davam etdirilir VİDEO

Böyük Qayıdış: Xocavənddə yeni xəstəxana fəaliyyətə başlayıb

Göygöldə Azərbaycan, Türkiyə və Gürcüstan gömrük xidmətlərinin üçtərəfli iclası olub VİDEO

Göygöldə Azərbaycan, Türkiyə və Gürcüstan gömrük xidmətlərinin üçtərəfli iclası olub VİDEO

Vətən müharibəsi şəhidləri Tallində yad edilib

Sabah bəzi yerlərdə yağış yağacaq VİDEO

Sabah bəzi yerlərdə yağış yağacaq VİDEO

® Qızıl payız fürsəti lombard kreditində aylıq cəmi 1 faizdən başlayır

Qazaxıstan nümayəndə heyəti Azərbaycan Mərkəzi Bankında olub

Azərbaycanı Dünya Kubokunda təmsil edəcək üzgüçülər bəlli olub

Bu ilin ilk 8 ayında Palçıq Vulkanları Turizm Kompleksində 150 ölkədən 26 mindən çox turist olub

Avrokomissar üzv ölkələri enerji istehlakını azaltmağa çağırıb

Ağstafada 34 yaşlı kişi qətlə yetirilib VİDEO

Ağstafada 34 yaşlı kişi qətlə yetirilib VİDEO

Yanvar-avqust aylarında 32 min 440 uşağa reabilitasiya xidmətləri göstərilib

Bakının bir neçə küçəsində həftəsonları avtomobillərin hərəkətinə qoyulan qadağa bütün günləri əhatə edəcək VİDEO

Bakının bir neçə küçəsində həftəsonları avtomobillərin hərəkətinə qoyulan qadağa bütün günləri əhatə edəcək VİDEO

Murad Ağabəyli: Palçıq vulkanlarına antropogen təsirin qarşısı alınır

Qazaxıstan millisinin sabiq məşqçisi “Sabah” klubunda təcrübə keçəcək

Hesabat: TDT ölkələrinin ticarət həcmi 1,27 trilyon dollara çatıb

İsrail Niderlandın Fələstindəki nümayəndələrinin diplomatik statusunu ləğv edib

Qarabağ və Şərqi Zəngəzurda məşğulluq imkanları genişlənəcək - ŞƏRH

Bir əsri geridə qoyan ömür: Azərbaycanın ən yaşlı sakini Rubeydə Gülməmmədovanın həyat yolu

Aralıq dənizində 2100 illik keramika məmulatları aşkarlanıb VİDEO

Aralıq dənizində 2100 illik keramika məmulatları aşkarlanıb VİDEO

Lalə Əliyeva: Nizami Gəncəvi mənəvi əbədilik qazanan elm, ürfan və poeziya günəşidir

Qazaxıstanda “Starlink Mobile” peyk mobil şəbəkəsi istifadəyə verilib

“Cahangirbəyli” stansiyasında indiyədək 45,6 milyon kilovat/saat enerji istehsal edilib

Türk ekspert: Avrasiyanın yolları Azərbaycanda kəsişir

Azərbaycan Alban-Udi Dini İcmasının nümayəndələri Xudavəng Monastır Kompleksini ziyarət edirlər

Azərbaycanın idman gimnastı Parisdə bürünc medal qazanıb

İnvestorlar nə üçün məhz Azərbaycanı seçirlər?

® “Unibank” və FMO əməkdaşlığı bərpa edir: 50 milyon dollar kredit sazişi imzalanıb