Millimiz Bosniya və Herseqovinada Monteneqro yığması ilə qarşılaşacaq
Bakı, 28 mart, AZƏRTAC
On yeddi yaşadək qadın futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsi çərçivəsində bu gün son oyununu keçirəcək.
AZƏRTAC xəbər verir ki, millimiz Bakı vaxtı ilə saat 16:00-da Bosniya və Herseqovinada keçiriləcək oyunda Monteneqro komandası ilə qarşılaşacaq.
Oyunu Moldovadan olan hakim Elena Gobjila idarə edəcək. Ona Ana Ciobotaru (Moldova) və Merima Tanoviç (Bosniya və Herseqovina) köməklik göstərəcəklər. Dördüncü hakim funksiyasını Almasa Hodzic (Bosniya və Herseqovina) yerinə yetirəcək.
Daha əvvəl Azərbaycan millisi Qazaxıstan seçməsinə 2:0 hesabı ilə qalib gəlsə də, növbəti matçda Bosniya və Herseqovina yığmasına eyni hesabla məğlub olub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.09.2026 [16:40]
Azərbaycan kikboksinqçiləri dünya çempionatında 16 medal qazanıblar
- 28.09.2026 [16:16]
“Parma” baş məşqçisi ilə yollarını ayırıb
- 28.09.2026 [14:46]
“Fənərbağça”nın yoldaşlıq oyunu üçün Azərbaycana gəliş tarixi məlum olub
- 28.09.2026 [14:46]
Gənclər və İdman Nazirliyi ilə İƏT arasında əməkdaşlıq müzakirə edilib
- 28.09.2026 [14:24]
Azərbaycan millisinin voleybolçusu “Murov Az Terminal”a keçib
- 28.09.2026 [14:16]