Millimizin voleybolçusu: Arzu edirəm ki, hər bir idmançı bu hissləri yaşasın
Bakı, 25 avqust, AZƏRTAC
Belə mühüm turnirin möhtəşəm təşkilatçılığında əməyi olan hər kəsə ayrı-ayrılıqda təşəkkür edirəm.
AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan millisinin voleybolçusu Polina Rəhimova özünün feysbuk səhifəsində yazıb.
Avropa çempionatı ilə bağlı fikirlərini bölüşən 33 yaşlı hücumçu, ailə üzvlərinə, onu və komanda yoldaşlarını tribunadan dəstəkləyən azarkeşlərə təşəkkürünü bildirib: “Təbii ki, bu oyunlar hər iki ildən bir təkrarlanır. Amma son üç ildə yığmada olmadığımı nəzərə alsaq, Avropa çempionatı mənə ətrafda baş verən hər şeyin sevincini, böyük bir hadisənin hissini yenidən yaşatdı. Arzu edirəm ki, hər bir idmançı bu hissləri yaşasın”.
Qeyd edək ki, C qrupunda beşinci yeri tutan Azərbaycan millisi Avropa çempionatında mübarizəni dayandırıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [17:28]
Azərbaycan millisinin keçmiş qapıçısı doktorantura təhsilini davam etdirəcək
- 29.09.2026 [17:16]
Azərbaycan Su İdmanı Federasiyasının fəaliyyətindəki yeniliklər açıqlanıb
- 29.09.2026 [17:09]
Canni İnfantino Prezident İlham Əliyevlə görüşü ilə bağlı paylaşım edib
- 29.09.2026 [16:34]
Azərbaycan Premyer Liqasında IX turun oyun cədvəli açıqlanıb
- 29.09.2026 [16:05]
Məşhur futbolçu mövsümün sonunda karyerasını başa vuracaq
- 29.09.2026 [15:51]