MİNGƏÇEVİRDƏ AVARÇƏKMƏ ÜZRƏ AZƏRBAYCAN ÇEMPİONATI BAŞLAMIŞDIR
Bakı, 1 may (AZƏRTAC). Mingəçevirdəki “Kür” Təlim-Tədris Mərkəzində akademik, kayak və kanoe qayıqlarında avarçəkmə üzrə növbəti Azərbaycan çempionatı başlamışdır.
Azərbaycan Milli Avarçəkmə Federasiyasının (AMAF) mətbuat xidmətindən bildirmişlər ki, yarışın açılış mərasiminin iştirakçıları əvvəlcə ümumilli lider Heydər Əliyevin Mingəçevirdə ucaldılan abidəsini ziyarət etmişlər.
Daha sonra Təlim-Tədris Mərkəzində yarışın açılış mərasimi keçirilmişdir. Tədbirdə AMAF-ın birinci vitse-prezidenti Natiq Abbasov, eləcə də Mingəçevir Gənclər və İdman Baş İdarəsinin rəisi Ramiz Əliyev çıxış edərək ölkəmizdə avarçəkmənin qısa müddət ərzində sürətlə inkişaf etdiyini vurğulamışlar.
Oğlan və qızlar arasında ölkə birinciliyinə 120-dək yeniyetmə (U-18) və gənc (U-23) avarçəkən mübarizə aparır.
1995-1996 və 1996-1997-ci illər təvəllüdlü idmançılarımız isə çempionatda müsabiqədənkənar çıxış edirlər. Yeniyetmə və gənc akademik avarçəkənlərdən oğlanlar bir, iki və dörd nəfərlik qayıqlarda 2000 metr, qızlar və 1995-1997-ci illər təvəllüdlü oğlanlar isə 1000 metr məsafəyə yürüşdə mübarizə aparırlar.
Çempionata mayın 2-də yekun vurulacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [16:45]
Azərbaycanı Asiya Açıq Turnirində 27 cüdoçu təmsil edəcək
- 15.10.2026 [16:31]
Klublar üçün lisenziyalaşdırma ilə bağlı təqdimatlar keçirilib
- 15.10.2026 [16:25]
“Barselona” El-Klasikoya xüsusi formalarla çıxacaq
- 15.10.2026 [15:38]
“Sabah”ın qapıçısı Çempionlar Liqasında turun rəmzi komandasına daxil edilib
- 15.10.2026 [15:18]
Lautaro Martinez Milan derbisini buraxa bilər
- 15.10.2026 [15:08]
AGF və ASA idman fizioterapiyası üzrə birgə proqram həyata keçirir
- 15.10.2026 [14:29]