Miqren və baş ağrıları dünyada ciddi sağlamlıq yükünə çevrilib
Bakı, 3 noyabr, AZƏRTAC
Miqren və başağrısı dünya əhalisinin üçdə birindən çoxuna təsir edən və daha çox araşdırmağa ehtiyacı olan qlobal sağlamlıq problemi kimi qalır.
AZƏRTAC “MedicalXpress” portalına istinadla xəbər verir ki, La Trobe Universiteti və Qərb Sağlamlığı mütəxəssislərinin rəhbərlik etdiyi və “Cell Reports Medicine” jurnalında dərc olunan araşdırma göstərib ki, stres, oturaq həyat tərzi, kofein, alkoqol qəbulu və keyfiyyətsiz yuxu başağrısını yaradan amillərdir. Alimlər koronavirus pandemiyasının başağrısının idarəedilməsini çətinləşdirdiyini bildirib. Qeyd olunub ki, “SARS-CoV-2” infeksiyasından sonra bəzi xəstələrdə müalicənin təsiri effektiv olmur.
Tədqiqatçı professor Tissa Vijeratne bildirib ki, diaqnostika və müalicədə irəliləyişlərə baxmayaraq, müasir həyat tərzi və risk faktorları səbəbindən vəziyyət sabit qalır. Mütəxəssislər hesab edirlər ki, daha çox maliyyələşmə və məlumatlandırma ilə başağrısının qlobal təsirini azaltmaq olar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.09.2026 [12:46]
İnterpol xətti ilə axtarılan 76 şəxs Türkiyəyə ekstradisiya edilib
- 23.09.2026 [12:32]
Fransızların 86 faizi övladlarının gələcəyindən narahatdır
- 23.09.2026 [12:00]
“Əl-Ərəbiyə”: Bağdad və Maskat İrandan uçuşların qəbulunu dayandırıb
- 23.09.2026 [11:55]
Fransa Rusiyanın hibrid hücumlarına qarşı hərbi gücünü artırır
- 23.09.2026 [11:48]
İran XİN: Tehran Qətər vasitəsilə Vaşinqtona öz şərtlərini çatdırıb
- 23.09.2026 [11:37]
ABŞ-nin Polşadakı yeni hərbi bazasına Donald Trampın adı veriləcək
- 23.09.2026 [11:07]