Misir mətbuatı IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunu geniş işıqlandırıb
Qahirə, 8 may, AZƏRTAC
Cari ilin mayın 5-6-da Bakıda keçirilmiş IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu haqqında informasiyalar Misirin nüfuzlu və geniş oxucu kütləsinə malik agentlik və qəzetlərində işıqlandırılıb.
Belə ki, Misirin Yaxın Şərq Xəbərlər Agentliyi, Əl-Əhram, Youm7, Əl-Vətən, Nile.eg və sair qəzetləri Forumda bu ölkədə iştirak edən nümayəndələr barədə məlumat verib.
Eyni zamanda, həmin xəbərlərdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Forumun açılış mərasimindəki çıxışında səsləndirdiyi fikirlərə, beynəlxalq təşkilatların təmsilçiləri ilə görüşünə, Forumda müzakirə olunan mühüm mövzulara toxunulub, tədbirin əhəmiyyətindən söhbət açılıb.
Asya Hacızadə
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə