Misir ordusu xüsusi təhlükəli 46 terrorçunu məhv edib
Qahirə, 11 mart, AZƏRTAC
Misir silahlı qüvvələrinin Sinay yarımadasının mərkəzi hissəsində və şimalında keçirdiyi əks-terror əməliyyatı nəticəsində xüsusi təhlükəli 46 terrorçu məhv edilib.
AZƏRTAC xəbər verir ki, bu barədə Misir silahlı qüvvələrinin rəsmi açıqlamasında məlumat verilib. Bildirilir ki, Misir ordusunun son günlər ərzində apardığı əməliyyatlar nəticəsində axtarışda olan 100 kriminal element saxlanılıb. Qeyd olunur ki, terrorçu qrupların 15 sığınacağı məhv edilib, 204 partlayıcı qurğu zərərsizləşdirilib və terrorçuların istifadə etdikləri böyük sayda nəqliyyat vasitələri məhv edilib.
Həmçinin terrorçularla atışma zamanı üç hərbçinin öldüyü bildirilir.
Asya Hacızadə
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 18.06.2026 [20:18]
Vens: Beynəlxalq su yolları ödənişsiz olmalıdır
- 18.06.2026 [19:54]
Vens: Hörmüz boğazından 12,5 milyon barel neft nəql olunub
- 18.06.2026 [19:37]
Avropa Ebola virusuna qarşı mübarizədə Afrikaya dəstəyi gücləndirir
- 18.06.2026 [18:52]