MN: Üç hərbi qulluqçunun vəzifədən azad edilməsi barədə yayılan məlumatlar əsassızdır
Bakı, 28 iyul, AZƏRTAC
Müdafiə Nazirliyi bəzi media subyektlərində yayılan məlumatlara aydınlıq gətirib.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, nazirlik tərəfindən guya yüksəkrütbəli 3 nəfər hərbi qulluqçunun vəzifədən azad edilməsi barədə əsassız məlumatlar paylaşılır.
“Bildiririk ki, ictimailəşdirilməsi məqsədəuyğun hesab edilən məlumatlar Müdafiə Nazirliyi tərəfindən mütəmadi olaraq çatdırılır. Media subyektlərinə və sosial şəbəkə istifadəçilərinə heç bir real əsası olmayan, rəsmi təsdiqini tapmayan məlumatları paylaşmamağı tövsiyə edirik”, - məlumatda qeyd edilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [16:13]
Lənkəranda episentrdə 3 bala qədər hiss edilən zəlzələ olub
- 29.09.2026 [16:12]
Dövlət Komitəsində vətəndaşların müraciətləri dinlənilib
- 29.09.2026 [14:38]
Üçrəngli Bayrağımızı Talış kəndində sancan şəhid
- 29.09.2026 [14:34]
Tədqiqatçılardan xəbərdarlıq: İnformasiya müxtəlifliyi azala bilər
- 29.09.2026 [14:12]