Moldova ilə enerji sahəsində əməkdaşlığın genişləndirilməsi müzakirə edilib

Bakı, 10 aprel, AZƏRTAC
Energetika naziri Pərviz Şahbazov Azərbaycanda səfərdə olan Moldovanın Baş nazirinin müavini, infrastruktur və regional inkişaf naziri Vladimir Boleanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, iki ölkə arasında enerji sahəsində mövcud və perspektiv əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparılıb. Enerji səmərəliliyi, bərpaolunan enerji mənbələrinin təşviqi və enerji tənzimlənməsi sahələrində qarşılıqlı əlaqələrin genişləndirilməsi istiqamətində atılacaq addımlar müzakirə edilib.
Görüş çərçivəsində energetika naziri Azərbaycanda təbii qaz və bərpaolunan enerji sahələrində görülən işlər, xüsusilə Cənub Qaz Dəhlizinin genişləndirilməsi və Avropaya yaşıl enerji ixracı ilə bağlı həyata keçirilən təşəbbüslər barədə məlumat verib. Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan arasında reallaşdırılan Yaşıl Enerji Dəhlizi haqqında danışılıb, bu istiqamətdə gələcək əməkdaşlıq imkanlarına toxunulub.
Nazir Vladimir Bolea təbii qaz tədarükü də daxil olmaqla bir sıra sahələrdə prioritet əməkdaşlıq istiqamətlərindən danışıb. Qaz təchizatında uzunmüddətli müqavilələrin enerji təhlükəsizliyi və davamlılıq baxımından əhəmiyyəti vurğulanıb. Moldovada bioenerji və bioqaz sahələrində investisiya əsaslı əməkdaşlıq imkanları, ölkədə mövcud yaşıl güclər, həyata keçirilən bərpaolunan enerji hərracları barədə ətraflı məlumat verilib, Azərbaycan şirkətlərinin bu istiqamətlərdə reallaşdırılacaq layihələrdə iştirakı üçün imkanların mövcudluğu diqqətə çatdırılıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.04.2025 [17:11]
“MonacoSAT” şirkəti “Azərkosmos”la əməkdaşlıqda maraqlıdır
- 24.04.2025 [16:03]
AZAL daha iki kurort şəhərinə uçuşlara başlayır
- 24.04.2025 [15:40]
Xəzər marşrutu – energetika logistikasında çağırışlar və həllər
- 24.04.2025 [15:01]
“Azərkosmos” və “Türksat” arasında Anlaşma Memorandumu imzalanıb
Qubada 3 nəfəri it dişləyib
- [16:11]
İsmayıllı rayonunda zəlzələ olub
- [14:56]
Fransada 636 iş yeri ləğv edilir
- [14:50]