Moldova portalı Prezident İlham Əliyevin “Avropa Siyasi Birliyi”nin Zirvə toplantısında iştirakından yazıb
Kişineu, 19 iyul, AZƏRTAC
Moldovanın nüfuzlu “Noi.md” xəbər portalı Azərbaycan Prezidenti İlham Əliyevin “Avropa Siyasi Birliyi” 4-cü Zirvə toplantısında iştirakına dair geniş məqalə dərc edib.
AZƏRTAC xəbər verir ki, “İlham Əliyevin Avropa Siyasi Birliyinin Zirvə toplantısında görüşləri” sərlövhəli məqalədə dövlətimizin başçısının dünya liderləri ilə apardığı müzakirələr barədə ətraflı məlumat verilib.
Məqalədə qeyd olunur ki, Prezident İlham Əliyevin Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri Kir Starmer, Lüksemburq Böyük Hersoqluğunun Baş naziri Lyuk Friden, İsveçrə Konfederasiyasının Prezidenti Viola Amherd, Macarıstanın Baş naziri Viktor Orban ilə söhbəti zamanı ikitərəfli və regional məsələlər müzakirə edilib. Görüşlərdə Azərbaycanın COP29-a ev sahibliyi etməsinin əhəmiyyəti vurğulanıb. Eyni zamanda, ölkələr arasında ikitərəfli münasibətlərə toxunulub, qarşılıqlı hörmət və etimad əsasında əlaqələrin inkişaf etdirilməsi üçün böyük perspektivlərin olduğu diqqətə çatdırılıb.
Yazıda Azərbaycan Prezidentinin görüşlərdə səsləndirdiyi fikirlərə geniş yer ayrılıb.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kişineu
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
Bu saata olan əsas xəbərlər
- [12:00]
“Türk dünyasının gənclər paytaxtı” statusu Xivəyə təhvil verilib
- 14.06.2026 [23:48]
Ukrayna nəşrində Milli Qurtuluş Günü ilə bağlı məqalə dərc olunub
- 14.06.2026 [23:41]
Azərbaycan karateçisi Mərakeşdə qızıl medal qazanıb
- 14.06.2026 [23:21]
Almaniya millisi dünya çempionatına böyükhesablı qələbə ilə başlayıb
- 14.06.2026 [23:02]
Missuri ştatında təyyarə qəzaya uğrayıb, 12 nəfər ölüb
- 14.06.2026 [22:29]
Serbiya Prezidenti ilk dəfə Gürcüstana rəsmi səfər edəcək
- 14.06.2026 [22:25]
Putin və Tramp arasında telefon danışığı olub
- 14.06.2026 [22:05]
Tbilisinin mərkəzindəki yaşayış binasında güclü yanğın baş verib
- 14.06.2026 [22:02]