MOSKVADA TAMBLİNQ ÜZRƏ BEYNƏLXALQ HAKİMLİK KURSLARI KEÇİRİLMİŞDİR
Bakı, 2 mart (AZƏRTAC). Moskva şəhərində keçirilən tamblinq üzrə beynəlxalq hakimlik kursları başa çatmışdır. Bu kurslarda ölkəmizdən Adil Hüseynzadə iştirak etmişdir. O, bütün imtahanları uğurla verərək, dördüncü breve beynəlxalq hakimlik dərəcəsinə layiq görülmüşdür.
Dördüncü breve dərəcəsi A.Hüseynzadəyə imkan verəcək ki o, gənclər arasında dünya və Avropa çempionatlarında hakimlik etsin. Qeyd edək ki, Adil Hüseynzadə Azərbaycanın tamblinq tarixində breve dərəcəsi alan ilk hakimdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 14.10.2026 [13:20]
“Vilyarreal”ın qapıçısı silahlı basqın səbəbindən “Napoli” ilə oyunu buraxıb
- 14.10.2026 [13:05]
“Barselona” tarixi rekordu təkrarlayıb
- 14.10.2026 [12:45]