Mozambik Respublika Assambleyasının sədri Azərbaycana səfərə gəlib
Bakı, 22 iyun, AZƏRTAC
Mozambik Respublika Assambleyasının sədri Margarida Talapa Azərbaycana işgüzar səfərə gəlib.
Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, səfər çərçivəsində Respublika Assambleyasının sədri Bakıda keçiriləcək İslam Əməkdaşlıq Təşkilatının üzvü olan dövlətlərin Parlament İttifaqı Konfransının 20-ci sessiyasında iştirak edəcək.